Dostluq və etibarlı münasibətləri bildirən əlamətdar səfər

10:16 26-08-2023 | icon 1260
Dostluq və etibarlı münasibətləri bildirən əlamətdar səfər

Cari ilin 22 avqust tarixi Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana
rəsmi səfəri, hər iki ölkə başçısının mətbuata verdiyi bəyanatla yadda qaldı. 
Dostluq və etibarlı münasibətləri bildirən əlamətdar səfərdən söz açan Prezident İlham Əliyev bildirdi
ki, Şavkat Mirziyoyevin Özbəkistan Prezidenti seçilməsindən sonra ilk dövlət səfərinin məhz
Azərbaycana etməsi əlamətdar haldır. Sözügedən fakt bizim qardaşlığımızın və dostluğumuzun
göstəricisidir.
Ölkə başçısı qeyd etdi ki, səfər çərçivəsində səmərəli görüşlər təşkil olundu. Görüşlər çərçivəsində
qarşılıqlı fəaliyyətimizin möhkəmlənməsi istiqamətində bütün nailiyyətlər ətraflı təhlil edildi, eləcə də
bütün sahələrdə - beynəlxalq platformalarda birgə fəaliyyətdən, beynəlxalq təşkilatlarda üzvlük
çərçivəsində qarşılıqlı fəaliyyətimizin möhkəmlənməsindən başlayaraq, energetika, nəqliyyat,
qarşılıqlı iqtisadi fəaliyyət, humanitar məsələlərədək münasibətlərimizin gələcək inkişaf yolları
müəyyən olundu.
Ümidverici perspektivlərə toxunan dövlət başçısı vurğuladı ki, artıq əldə edilən nəticələr bizim
gələcəklə bağlı düzgün yolda olduğumuzu göstərir.
Ölkə rəhbəri bildirdi ki, səfər çərçivəsində imzalanan sənədlərdən biri Ali Dövlətlərarası Şuranın
yaradılması barədə müqavilədir. Sözügedən fakt ölkələrimiz arasında münasibətlərin yüksək
səviyyəsinin, qardaşlıq münasibətlərinin, eləcə də gündəliyin kifayət qədər geniş olmasının
göstəricisidir.
Ölkə başçısı söylədi ki, enerji sahəsində səmərəli əməkdaşlıq üçün yaxşı perspektivlər var. Enerji
şirkətlərimiz sıx qarşılıqlı fəaliyyətdədir. Ümidverici tendensiyadan söz açan dövlət başçısı qeyd etdi
ki, nəqliyyat-logistika sahəsində yük axınının artmasını və bu istiqamətdə əməkdaşlıq potensialının
genişlənməsini müşahidə edirik.
Dövlətimizin başçısı bildirdi ki, Azərbaycanda Özbəkistanın Mədəniyyət Günləri böyük uğurla keçdi.
Azərbaycan tamaşaçıları qardaş xalqın nümayəndələrinin yüksək ustalığına və istedadına bir daha
əmin oldular.
Qardaşlıq əlaqələrinin önəmli amilindən danışan ölkə başçısı bildirdi ki, bizim qarşılıqlı fəaliyyətimizin
təməlini məhz nəhəng mədəni zəmin təşkil edir. Əməkdaşlığımızın böyük tarixi əsasları mövcuddur.
Xalqlarımız arasında qardaşlıq münasibətləri çoxəsrlik tarixə malikdir, bütün dostluq və qardaşlıq
dövrü ərzində biz bir-birimizin yanında olmuşuq və bir-birimizi dəstəkləmişik.
Prezident İlham Əliyev qeyd etdi ki, Qarabağın bərpası işində xarici dövlətin ilk hədiyyəsi
Özbəkistandan oldu. Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin şəxsi təşəbbüsü ilə
işğaldan tam azad olunmuş Füzulidə məktəb inşa olunub. Bu amil qardaşlıq, həmrəylik və dəstək
jestidir. İnşa olunmuş məktəb özbək xalqının dahi oğlu Mirzə Uluqbəyin adını daşıyır və bu, təkcə
təhsil ocağı deyil, eləcə də bizim dost və qardaşlığımızın daha bir mərkəzi olacaq.
Əməkdaşlığın praktik nəticələrinə toxunan ölkə başçısı qeyd etdi ki, Azərbaycan və Özbəkistan
ictimaiyyəti aparılan danışıqların nəticəsini həm Azərbaycanda, həm də Özbəkistanda layihələrin
praktiki icrasında görəcəklər. İnvestisiyalarının inkişaf dinamikasına gəlincə bir müddət əvvəl 500
milyon dollar nizamnamə kapitalı ilə yaradılan Birgə İnvestisiya Fondu çox sürətlə inkişaf edəcəkdir.
Avqustun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistan
Respublikasının Prezidenti Şavkat Mirziyoyevin geniş tərkibdə görüşü başa çatdıqdan sonra
aşağıdakı sənədlərin imzalanması mərasimi də təşkil olundu.
Tarixi sənədlər olan “Azərbaycan Respublikasının və Özbəkistan Respublikasının Ali Dövlətlərarası
Şurasının yaradılması haqqında Müqavilə”, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi
yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə Özbəkistan Respublikasının
Rəqabətin İnkişafı və İstehlakçıların Hüquqlarının Müdafiəsi üzrə Komitəsi arasında əməkdaşlıq
haqqında Protokol”, “İcazə blanklarının elektron mübadiləsi üzrə informasiya sisteminin tətbiqi
sahəsində əməkdaşlıq haqqında Protokol”, “Mədəniyyət sahəsində əməkdaşlıq haqqında Protokol”,
“Energetika sahəsində əməkdaşlığın dərinləşdirilməsi haqqında Saziş”, “Azərbaycan Respublikası
Təhlükəsizlik Şurasının Katibinin Xidməti ilə Özbəkistan Respublikasının Prezidenti yanında
Təhlükəsizlik Şurasının Aparatı arasında əməkdaşlıq haqqında Memorandum” imzalandı.
“Azərbaycan Respublikası və Özbəkistan Respublikası vətəndaşlarının vizasız gediş-gəlişi haqqında Sazişə əlavə və dəyişikliklərin edilməsi haqqında Protokol”, “Gənclər siyasəti və idman sahələrində
əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında media
sahəsində əməkdaşlığın inkişafına dair Yol Xəritəsi”, “Azərbaycan Respublikası ilə Özbəkistan
Respublikası arasında hərtərəfli strateji tərəfdaşlığın dərinləşdirilməsinə dair 2023-2024-cü illər üzrə
Yol Xəritəsi” də imzalanmış mühüm sənədlər sırasında dayanır.
Bu gün əminliklə deyə bilərik ki, Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya ölkələri, həmçinin
Özbəkistan ilə münasibətlərin inkişafı mühüm yer tutur. Əməkdaşlığın inkişaf dinamikasına
gəlincə Mərkəzi Asiyanın ən böyük dövlətlərindən olan və sürətlə inkişaf edən Özbəkistan ilə
Azərbaycan arasında əlaqələr xüsusilə son illərdə durmadan genişlənir.
Ölkələrimizin diplomatik münasibətlərinin 1995-ci il oktyabrın 2-də qurulmasına baxmayaraq,
Azərbaycan və özbək xalqları arasında ənənəvi dostluq və qardaşlıq əlaqələri tarixən mövcud olub.
Ortaq tarixi, dini və mədəniyyəti bölüşən, eyni kökə malik olan hər iki xalq arasındakı əlaqələr qədim
dövrlərə gedib çıxır. Təsadüfi deyil ki, dahi özbək mütəfəkkiri Əlişir Nəvai öz “Xəmsə”sini Nizami
Gəncəvinin “Xəmsə”sindən ilhamlanaraq qələmə alıb.
Münasibətlərimizin tarixindən xəbər verən faktlara gəlincə Bakıda, İçərişəhərdə yerləşən, XV əsrə
aid Buxara karvansarası Mərkəzi Asiyadan gələn tacirlər tərəfindən inşa edilib. XVI-XVII əsrlərdə
yaşamış Azərbaycan filosofu, şairi və böyük din xadimi, əslən Qarabağdan olan Yusif ibn
Məhəmmədcan Qarabağinin qəbri Özbəkistanın Səmərqənd şəhərində yerləşir. Bu faktlar
münasibətlərimizin keçmişindən xəbər verir və göstərir ki, hələ XV əsrdə xalqlarımız arasında ticarət
əlaqələri və elmi mübadilə mövcud olub.
Heç kəsə sirr deyil ki, iki qardaş xalq arasında mədəni əlaqələr sovet dönəmində də xeyli inkişaf
edib. Ötən əsrin 30-cu illərində kütləvi repressiyalar zamanı on minlərlə azərbaycanlı Özbəkistanda
sığınacaq tapıb. Bu gün 70 minə yaxın azərbaycanlı Özbəkistan cəmiyyətinin sosial, ictimai, iqtisadi
və digər sahələrində fəal iştirak edir.
Bu gün bütün dünya dostluğa sadiq Özbəkistanı görür. Hazırda Özbəkistanda çoxsaylı erməni
icmasının yaşamasına baxmayaraq, Özbəkistanda Ermənistan səfirliyi və Ermənistanda Özbəkistan
səfirliyi fəaliyyət göstərmir.

Lətif Şimşəkov
Saatlı rayon Varxankənd kənd tam orta məktəbinin direktoru


Digər xəbərlər

0.26240992546082