Tarixi hadisə:. Suveren ərazi bütövlüyümüz bərpa edilib

10:08 28-08-2023 | icon 738
Tarixi hadisə:. Suveren ərazi bütövlüyümüz bərpa edilib

İkinci Qarabağ müharibəsi zamanı düşmən üzərində qazanılan hərbi-siyasi
qələbə otuz illik Vətən həsrətinə son qoydu. Ölkəmizin beynəlxalq səviyyədə tanınan
əraziləri işğaldan azad edilərək, suveren ərazi bütövlüyümüz bərpa edildi.
“Laçın” sərhəd-buraxılış məntəqəsinin açılması 30 il əvvəl azərbaycanlılara
qarşı XX əsrin faciəsini törətmiş şəxsin saxlanılmasına səbəb oldu. Xaçaturyan Vaqif
Çerkezoviç erməni milliyyətindən olan digər şəxslərlə birgə Meşəli kəndinə silahlı
basqın edib 25 nəfər azərbaycanlı milliyyətindən olan şəxsi öldürüb. Azərbaycan
tərəfindən Xaçaturyan Vaqif Çerkezoviçin saxlanılması ilə bağlı atılan bütün addımlar
beynəlxalq hüquq və Azərbaycan qanunvericiliyi çərçivəsində həyata keçirilib;
İkinci Qarabağ müharibəsində əldə olunmuş tarixi Qələbədən sonra regionda
yaranmış yeni reallığının tərkib hissəsi. “Laçın” sərhəd-buraxılış məntəqəsinin açılışı
Azərbaycan dövlətinin ən böyük uğurlarından biridir. Məntəqənin açılması regionun
geosiyasi mənzərəsini dəyişdirdi və Qələbəmizin beynəlxalq müstəvidə təkrar
rəsmiləşdirilməsinə səbəb oldu.
“Laçın” sərhəd-buraxılış məntəqəsinin açılışı bilavasitə İkinci Qarabağ
müharibəsində əldə olunmuş böyük Qələbənin təcəssümü kimi dəyərləndirilir. Tarixi
sərhədimizdə Azərbaycan bayrağının ucaldılması və həmin ərazidə rəsmi dövlət
qurumlarımızın nümayəndəliklərinin mövcudluğu hər bir azərbaycanlının qürur
mənbəyidir.
"İndi isə biz Laçını qurub-yaradırıq".  Prezident İlham Əliyev Laçın şəhərində
Həkəri çayının sahilində keçirilən “Laçın Şəhəri Günü” bayram tədbirində çıxışı
zamanı deyib ki, "Laçına keçən ilin sentyabr ayında gələndə şəhərin mənzərəsi çox
acınacaqlı idi, şəhər demək olar ki, dağılmış vəziyyətdə idi. Köhnədən qalan,
işğaldan əvvəlki dövrə aid olan bir neçə yöndəmsiz bina mövcud idi. Bildiyiniz kimi,
burada Ermənistan dövləti hərbi cinayət törədərək qanunsuz məskunlaşma aparırdı.
Xüsusilə xarici ölkələrdən, Yaxın Şərqdən erməniləri buraya dəvət edib onları bizim,
azərbaycanlıların evlərində yerləşdirmişdi. Bu, bir daha demək istəyirəm ki, hərbi
cinayətdir. Əfsuslar olsun ki, beynəlxalq təşkilatlar, Ermənistanın havadarları buna
göz yumurdular. Bu, onlar üçün məqbul idi. Çünki Ermənistan dövləti kimi,
Ermənistanın xaricdəki havadarları da hesab edirdilər ki, bu torpaqlar əbədi işğal
altında qalmalıdır. Bizim iradəmiz, bizim gücümüz, bizim yumruğumuz onların da
başına dəydi. Çünki bizim torpağımızda ikinci Ermənistan, ikinci erməni dövlətinin
yaradılması təkcə Ermənistan rəhbərliyinin məhsulu deyildi".

Dəyanət Əskərov,
Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının
Alar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi


Digər xəbərlər

0.23429989814758