Azərbaycanın strateji hədəfi

10:09 28-08-2023 | icon 867
Azərbaycanın strateji hədəfi

Laçının işğala məruz qalması böyük faciə idi, həm laçınlılar üçün, həm bütün
Azərbaycan xalqı üçün. Hər bir kəndin, şəhərin işğala məruz qalması böyük faciə idi,
amma Laçının işğalı strateji nöqteyi-nəzərdən böyük bir sınaq idi, böyük bir fəlakət
idi. “Laçın” sərhəd-buraxılış məntəqəsinin təyinatı məlumdur. Sərhəd-buraxılış
məntəqəsi Azərbaycanın suverenliyini və təhlükəsizliyini təmin edir.
Azərbaycan-Ermənistan sərhədində Laçın rayonu ərazisində Həkəri çayının
üzərində 23 aprel 2023-cü il tarixində “Laçın” sərhəd-buraxılış məntəqəsi quruldu.
Fəxarət rəmzimiz üçrəngli, ay-ulduzlu dövlət bayrağımız sərhəddə dalğalandırıldı.
Bununla da Azərbaycan sərhədlərinin bütövlüyü təmin olundu. “Laçın” sərhəd-
buraxılış məntəqəsinin mövcudluğunun müsbət təzahür formaları da bəllidir. Sərhəd-
buraxılış məntəqəsi Azərbaycan ərazisində qeyri-qanuni dislokasiya olunmuş 10
minə yaxın hərbçinin rotasiyasının, habelə silah, sursat, mina və xarici terrorçuların
daşınmasının qarşısını alır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban
Əliyeva avqustun 26-da Laçın rayonunun Zabux kəndində görülmüş işlərlə tanış
olublar və burada kənd sakinləri ilə görüşüblər. Qaçqınların və Məcburi Köçkünlərin
İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev dövlətimizin başçısına və birinci
xanıma kənddə görüləcək işlər barədə məlumat verdi. Bildirildi ki, ümumi sahəsi 81
hektar olan Zabux kəndinə 245 ailənin köçürülməsi nəzərdə tutulur. İlkin mərhələdə
kəndə 223 ailə köçürüləcək. Eyni zamanda, kənd sakinlərinin rahatlığı və
məşğulluğu nəzərə alınaraq bir sıra infrastruktur binalarının da inşası həyata
keçirilib. Kənddə 50 yerlik uşaq bağçası, inzibati bina, tibb məntəqəsi də inşa edilib.
Zabuxda evlərin, sosial obyektlərin və küçələrin işıqlandırılmasında “yaşıl enerji”dən
istifadə edilir. Dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq, kənddə bütün işlər
ən yüksək səviyyədə yerinə yetirilib.
"Xatırlayıram, 50 yaşım tamam olanda mən laçınlılarla Qarabağda, Qarabağın
Ağcabədi rayonunda, Taxtakörpü qəsəbəsində görüşmüşdüm və onlara demişdim ki,
- yeni köçkün şəhərciyi açılırdı, - dövlət sizi daha yaxşı şəraitlə təmin edir, ancaq
torpaqlarımız azad olunandan sonra sizin üçün Laçında daha gözəl şərait
yaradacağıq və belə də oldu".  Bu fikirləri Prezident İlham Əliyev Laçın şəhərində
Həkəri çayının sahilində keçirilən “Laçın Şəhəri Günü” bayram tədbirində çıxışı
zamanı deyib. "Əlli yaşımı Ağcabədidə laçınlılarla qeyd etmişəm, 60 yaşımı Şuşada
qeyd etmişəm, Cıdır düzündə, bu gün də Laçın Şəhəri Günündə sizinlə birlikdə bu
bayram tədbirlərində iştirak edirəm. Bu böyük xoşbəxtlikdir, mənim üçün, sizin üçün,
hər birimiz üçün. Biz xoşbəxt günləri yaşayırıq və əminəm ki, xalqımız bundan sonra
sülh, əmin-amanlıq şəraitində yaşayacaq, öz doğma torpağında qurub-yaradacaqdır.
Laçın rayonunun timsalında biz dirçələn Azərbaycan reallıqlarını görürük, dirçələn
torpaqları görürük", - dövlət başçısı bildirib.

Namiq Rzayev,
Cəlilabad rayon Zəhmədabad kənd
tam orta məktəbinin direktoru


Digər xəbərlər

0.20189785957336