Rəsmi İrəvanın süni gərginlik yaratmaq siyasəti

10:10 28-08-2023 | icon 569
Rəsmi İrəvanın süni gərginlik yaratmaq siyasəti

Azərbaycan-Ermənistan sərhədində “Laçın” sərhəd-buraxılış məntəqəsinin
yaradılmasını həzm edə bilməyən Ermənistan tərəfi və onu himayə edən qüvvələr,
ölkəmizi guya Ermənistanla sərhəddə vəziyyəti gərginləşdirməkdə, Qarabağ
bölgəsində humanitar böhran yaratmaqda təqsirləndirirlər. Rəsmi İrəvan bu cür
cəhdlərlə Azərbaycanın daxili işlərinə müdaxilə etməklə yanaşı, uzun illərdən bəri
ölkəmizə qarşı həyata keçirilən təcavüzkar siyasətlərinə fərqli don geyindirməyə
çalışır.
Hadisələrin gedişatı və erməni siyasətinin xisləti onu aşkar edir ki, Xankəndidə
vəziyyətin pisləşməsi rəsmi İrəvanın marağındadır.
“Humanitar böhran” amili üzərində qurulmuş erməni təbliğatı səngimir. Tarix
boyunca “miskin millət” obrazını təbliğ edən rəsmi İrəvanın manipulyasiyaları
həqiqətin təhrif olunması və süni qalmaqallar üzərindən qurulmuşdu. Odur ki, “Laçın”
sərhəd-buraxılış məntəqəsiətrafında aparılan oyunları bilavasitə Azərbaycana qarşı
yönəlmiş informasiya müharibəsinin təzahürü kimi qəbul olunmalıdır.
Xankəndi və ətrafında yaşayan ermənilərin sosial mediaya çıxışını
əngəlləmək ilk növbədə Ermənistanın marağındadır. Bununla da həmin ərazidə olan
həqiqi vəziyyət haqqında internetdə məlumatların yayılmasının qarşısı alınır.
Sözügedən amil isə öz növbəsində qərəzli manipulyasiyalar üçün əlverişli şərait
yaradır.
“Laçın” sərhəd-buraxılış məntəqəsinin yaradılması ölkəmizin suveren
hüquqları çərçivəsində atılmış uğurlu addımdır. Laçın ölkəmizin ərazisində
olduğundan burada həyata keçiriləcək tədbirlər, o cümlədən sərhəd-buraxılış
məntəqəsinin yaradılması da müstəsna olaraq ölkəmizin daxili işidir. Sərhədimizin
toxunulmazlığının təmin olunması məsələsi ölkəmizin milli təhlükəsizliyi ilə yanaşı,
qanunun aliliyinin də tələbidir. Dövlət təhlükəsizliyinin pozulmasına yönəlik təhdidlərə
qarşı suveren ərazimizdə sərhəd-buraxılış məntəqəsinin yaradılması beynəlxalq
hüququn norma və prinsiplərinə uyğun olaraq tam qanuni addımdır.
“Laçın” sərhəd-buraxılış məntəqəsinin yaradılması yaxın gələcəkdə
Qarabağda qanunsuz yerləşdirilmiş erməni silahlı birləşmələrinin çıxarılması,
həmçinin separatçıların tərksilah olunması baxımından böyük önəm daşıyır.

Əlizamin Əzizov,
Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının
Sərhədabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi


Digər xəbərlər

0.21126699447632