Rəsmi İrəvanın riyakarlığı və məkrli xisləti həddini keçib

10:11 28-08-2023 | icon 738
Rəsmi İrəvanın riyakarlığı və məkrli xisləti həddini keçib

"Artıq dirçələn Laçın, dirçələn Qarabağ, dirçələn Şərqi Zəngəzur bizim
gücümüzü göstərir".  Bunu Prezident İlham Əliyev Laçın şəhərində Həkəri çayının
sahilində keçirilən “Laçın Şəhəri Günü” bayram tədbirində çıxışı zamanı deyib. "Bu
gün Laçın şəhəri, görün, necə də gözəldir cəmi 8-9 ay ərzində, heç bir il keçməyib.
Biz bərpa işlərinə keçən ilin oktyabr ayında başlamışdıq, artıq bu gün biz Laçında
qonaqları qəbul edirik. Azərbaycanın müxtəlif yerlərindən qonaqlar gəlib, xarici
ölkələri təmsil edən diplomatlar gəlib. Bu, bir daha göstərir ki, xalqımız öz doğma
torpağında qurub-yaradan xalqdır. Əziz laçınlılar, mən sizi bir daha ürəkdən
salamlayıram, Şəhər Günü münasibətilə təbrik etmək istəyirəm. Əminəm ki, siz öz
dədə-baba torpağınızda rahat, xoşbəxt yaşayacaqsınız. Siz buna layiqsiniz. 30 il siz
həm fiziki, həm də mənəvi əzab çəkmisiniz. Bu gün isə artıq dirçələn Laçın, dirçələn
Qarabağ, dirçələn Şərqi Zəngəzur bizim gücümüzü göstərir və onu göstərir ki, biz
istədiyimizə hər zaman nail oluruq", - dövlət başçısı qeyd edib.
Hər bir azərbaycanlı, Azərbaycanın hər bir yerində bütün Azərbaycan
vətəndaşları, dünya azərbaycanlıları qürur hissi ilə yaşayırlar ki, biz tarixi Zəfər
çalaraq bütün dünyaya Azərbaycan xalqının gücünü, iradəsini göstərdik və öz
doğma torpağımıza qan tökərək qayıtmışıq.
“Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulmasından öncə ermənilər
reinteqrasiya barədə heç düşünmək belə istəmirdilər. Belə ki, Laçın yolu ilə
Ermənistana hərəkət onlar üçün tam sərbəst idi ki, bu da mərkəzdənqaçma
meyillərinə xidmət edirdi. Lakin sözügedən məntəqənin qurulması və son
təxribatlardan sonra Laçın yolu ilə hərəkətin məhdudlaşdırılması mərkəzdənqaçma
meyillərini xeyli zəiflədərək, əks qüvvələri hərəkətə gətirdi. Ermənistan həqiqətən də
bölgənin sadə sakinlərini düşünsəydi, heç vaxt Ağdam-Xankəndi yolundan Qarabağ
bölgəsinə yüklərin çatdırılmasına etiraz etməzdi.
Bildiyiniz kimi, bu il aprelin 23-də Laçın rayonunda, Azərbaycan-Ermənistan
sərhədində sərhəd-buraxılış məntəqəsi qoyulmuşdur. Bir daha iradə, cəsarət, öz
gücünə əminlik nümayiş etdirərək biz bunu etdik. “Laçın” sərhəd-buraxılış məntəqəsi
eyni zamanda ərazidən təbii sərvətlərin qanunsuz çıxarılmasının qarşısını alır.
“Laçın” sərhəd-buraxılış məntəqəsində Dövlət Sərhəd Xidmətinin və Dövlət Gömrük
Komitəsinin əməkdaşları istər Azərbaycan ərazisinə daxil olan ermənilərin, istərsə də
ölkəmizdə yaşayan erməni əsilli vətəndaşların sənədlərini, eləcə də şübhəli bilinən
yükləri yoxlayırlar.

Azad Cəfərov,
Cəlilabad rayon Sabirabad kənd 2 nömrəli
tam orta məktəbin direktoru


Digər xəbərlər

0.24117493629456