Laçının dirçəliş dövrü başlayıb

10:12 28-08-2023 | icon 1378
Laçının dirçəliş dövrü başlayıb

Laçın şəhəri isə 26 avqust tarixində tamamilə azad edilmişdir. İkinci Qarabağ
müharibəsi nəticəsində dekabrın 1-də Laçın rayonu işğaldan azad edildi, ancaq
Laçın şəhəri və iki kənd – Zabux və Sus kəndləri bizim nəzarətimizdə deyildi. Ona
görə ki, keçmiş Laçın dəhlizi bu şəhərdən, bu kəndlərdən keçirdi. 31 ildən sonra öz
doğma kəndlərinə qayıdıblar və artıq burada yaşayırlar. Laçınlılar isə mayın 28-dən
etibarən artıq buradadırlar.
Bu xoşbəxtliyi bizə bəxş edən bizim müzəffər Silahlı Qüvvələrimizdir. İkinci
Qarabağ müharibəsi nəticəsində dekabrın 1-də Laçın rayonu işğaldan azad edildi,
ancaq Laçın şəhəri və iki kənd – Zabux və Sus kəndləri bizim nəzarətimizdə deyildi.
Ona görə ki, keçmiş Laçın dəhlizi bu şəhərdən, bu kəndlərdən keçirdi. Biz qısa
müddət ərzində yeni yol çəkərək həm Laçına, həm də Zabux və Sus kəndlərinə
qayıtdıq və bu gün səhər zabuxlularla mənim görüşüm olub. Onlar dünən axşam
uzun fasilədən sonra – 31 ildən sonra öz doğma kəndlərinə qayıdıblar və artıq
burada yaşayırlar. Laçınlılar isə mayın 28-dən etibarən artıq buradadırlar. Mayın 28-
də - Müstəqillik Günündə mən birinci qrup laçınlılara onların evlərinin açarlarını
təqdim etdim və beləliklə, Laçının dirçəliş dövrü başlamışdır.
O vaxtdan bu günə qədər 1000-ə yaxın Laçın sakini şəhərdə məskunlaşmış və
ilin sonuna qədər 900 ailə üçün evlər hazır olacaq. Yəni, bu ilin sonuna qədər bir
neçə min həm şəhər sakini, həm kənd sakini Laçında yaşayacaq. Bu, böyük
xoşbəxtlikdir. Bu xoşbəxtliyi bizə bəxş edən bizim müzəffər Silahlı Qüvvələrimizdir.
Fürsətdən istifadə edərək bütün şəhidlərimizin əziz xatirəsini hörmətlə yad edir,
onlara Allahdan rəhmət diləyirik. Onların qanı-canı bahasına, qəhrəman
övladlarımızın şücaəti hesabına bu gün biz buradayıq, bu gün biz doğma
torpağımızda bayram şənlikləri keçiririk. Bundan böyük xoşbəxtlik ola bilməz".
“Laçın” sərhəd-buraxılış məntəqəsiilə bağlı erməni manipulyasiyalarının
strateji hədəfi isə məlumdur. “Humanitar” bəhanələrlə edilən manipulyasiyalar
vasitəsilə Ermənistan hərbi təxribatlar üçün süni səbəblər yaradır.
“Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulmasından öncə ermənilər
reinteqrasiya barədə heç düşünmək belə istəmirdilər. Belə ki, Laçın yolu ilə
Ermənistana hərəkət onlar üçün tam sərbəst idi ki, bu da mərkəzdənqaçma
meyillərinə xidmət edirdi. Lakin sözügedən məntəqənin qurulması və son
təxribatlardan sonra Laçın yolu ilə hərəkətin məhdudlaşdırılması mərkəzdənqaçma
meyillərini xeyli zəiflədərək, əks qüvvələri hərəkətə gətirdi.

Əfrahim Hüseynov,
Cəlilabad rayon Alar kənd
xəstəxanasının baş həkimi, YAP veteranı


Digər xəbərlər

0.26691293716431