“Laçın” sərhəd-buraxılış məntəqəsinin yaradılması ölkəmizin suveren hüquqları çərçivəsində atılmış legitim addımdır

10:02 29-08-2023 | icon 583
“Laçın” sərhəd-buraxılış məntəqəsinin yaradılması ölkəmizin suveren hüquqları çərçivəsində atılmış legitim addımdır

23 aprel 2023-cü il tarixində Azərbaycan-Ermənistan sərhədində Laçın rayonu
ərazisində ‘‘Laçın” sərhəd-buraxılış məntəqəsi quruldu və dövlət bayrağımız dalğalandırıldı.
Bununla da Azərbaycan sərhədlərinin bütövlüyü tam təmin olundu. Xalqımız ölkə
sərhədlərinin toxunulmazlığının onun üçün nə qədər böyük önəm daşıdığını bütün dünyaya
bəyan etdi. 44 günlük Vətən müharibəsi zamanı düşmən üzərində qazanılan hərbi-siyasi
qələbə otuz illik vətən həsrətinə son qoydu. Ölkəmizin beynəlxalq səviyyədə tanınan əraziləri
işğaldan azad edilərək, suveren ərazi bütövlüyümüz bərpa edildi. “Laçın” sərhəd-buraxılış
məntəqəsinin yaradılması ölkəmizin suveren hüquqları çərçivəsində atılmış legitim addımdır.
Laçın ölkəmizin ərazisində olduğundan burada həyata keçiriləcək tədbirlər, o cümlədən
sərhəd-buraxılış məntəqəsinin yaradılması da müstəsna olaraq ölkəmizin daxili işidir.
"Sərhədimizin toxunulmazlığının təmin olunması məsələsi ölkəmizin milli təhlükəsizliyi ilə
yanaşı, qanunun aliliyinin də tələbidir. Dövlət təhlükəsizliyinin pozulmasına yönəlik təhdidlərə
qarşı suveren ərazimizdə sərhəd-buraxılış məntəqəsinin yaradılması beynəlxalq hüququn
norma və prinsiplərinə uyğun olaraq tam qanuni addımdır.
“Laçın” sərhəd-buraxılış məntəqəsinin yaradılması strateji əhəmiyyətə malikdir və yaxın
gələcəkdə Qarabağda qanunsuz yerləşdirilmiş erməni silahlı birləşmələrinin çıxarılması,
həmçinin separatçıların tərksilah olunması baxımından böyük önəm daşıyır.
“Laçın” sərhəd-buraxılış məntəqəsinin açılması 30 il əvvəl azərbaycanlılara qarşı XX əsrin
faciəsini törətmiş şəxsin saxlanılmasına səbəb oldu. Xaçatryan Vaqif Çerkezoviç erməni
milliyyətindən olan digər şəxslərlə birgə Meşəli kəndinə silahlı basqın edib 25 nəfər
azərbaycanlı milliyyətindən olan şəxsi öldürüb. Azərbaycan tərəfindən Xaçatryan Vaqif
Çerkezoviçin saxlanılması ilə bağlı atılan bütün addımlar beynəlxalq hüquq və Azərbaycan
qanunvericiliyi çərçivəsində həyata keçirilib. “Laçın” sərhəd-buraxılış məntəqəsinin açılışı
Azərbaycan dövlətinin ən böyük uğurlarından biridir. Məntəqənin açılması regionun geosiyasi
mənzərəsini dəyişdirdi və Qələbəmizin beynəlxalq müstəvidə təkrar rəsmiləşdirilməsinə
səbəb oldu və ikinci Qarabağ müharibəsində əldə olunmuş tarixi Qələbədən sonra regionda
yaranmış yeni reallığının tərkib hissəsidir"
Azərbaycan-Ermənistan sərhədində “Laçın” sərhəd-buraxılış məntəqəsinin yaradılmasını
həzm edə bilməyən Ermənistan tərəfi və onu himayə edən qüvvələr, ölkəmizi guya
Ermənistanla sərhəddə vəziyyəti gərginləşdirməkdə, Qarabağ bölgəsində humanitar böhran
yaratmaqda təqsirləndirirlər:
"Rəsmi İrəvan bu cür cəhdlərlə Azərbaycanın daxili işlərinə müdaxilə etməklə yanaşı, uzun
illərdən bəri ölkəmizə qarşı həyata keçirilən təcavüzkar siyasətlərinə fərqli don geyindirməyə
çalışır. Beynəlxalq Ədalət Məhkəməsinin 2023-cü il 6 iyul tarixli yekdil qərarı Ermənistanın
nəzarətburaxılış məntəqəsinin aradan qaldırılması ilə bağlı müvəqqəti tədbir görmək tələbini
rədd edərək, Ermənistanın “Laçın” keçid məntəqəsinin qanunsuz olması ilə bağlı iddialarını
qəti şəkildə təkzib edib.

Sərhəd-buraxılış məntəqəsinin qurulması Ermənistandan Azərbaycan ərazisindəki qeyri-
qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi
təyinatlı vasitələrin daşınmasını maksimum şəkildə məhdudlaşdıracaq. Bu isə Rusiya
sülhməramlı kontingentinin müvəqqəti nəzarətində olan ərazidə hələ də qalmaqda olan 10
minə yaxın erməni silahlısının Azərbaycana qarşı müqavimət potensialını zəiflədəcək. Nəticə
etibarı ilə ərazilərimizin qanunsuz silahlılardan təmizlənməzi prosesini sürətləndirəcək.
Prezident İlham Əliyev 1 may 2023-cü il tarixində ABŞ dövlət katibi Antoni Blinkenlə telefon
danışığı zamanı qeyd etmişdir: “Azərbaycan-Ermənistan sərhədində “Laçın” sərhəd-buraxılış
məntəqəsinin qurulması Azərbaycanın suveren hüquqları çərçivəsində və bütün beynəlxalq
qaydalara uyğun olaraq təmin edilib. Məqsəd hərəkətin məhdudlaşdırılması deyil, əksinə
nəzarətin təmin edilməsidir və artıq bu məntəqə vasitəsilə gediş-gəliş həyata keçirilir.
Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əhalisinin hüquqlarının Azərbaycanın
Konstitusiyası və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq sənədlər çərçivəsində təmin
olunacaqdır”. Bu milli maraqların qorunması naminə siyasi iradənin nümayişidir. Laçın”
sərhəd-buraxılış məntəqəsinin qurulması böyük Şuşa Zəfərindən sonra əldə edilmiş ən böyük
və əhəmiyyətli hərbi siyasi qələbə kimi Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı".

Ələddin Zeynalov
Saatlı Tarix-diyarşünaslıq muzeyinin əməkdaşı


Digər xəbərlər

0.22447395324707