Laçın elinin xoşbəxt günləri

15:25 29-08-2023 | icon 1696
Laçın elinin xoşbəxt günləri

Prezident İlham Əliyevin 26 avqust tarixində Laçın şəhərində Həkəri çayının
sahilində sadə insanların yanında olması, orada keçirilən “Laçın Şəhəri Günü”
bayram tədbirində çıxışında irəli sürdüyü müddəalar onun Azərbaycanın güclü lideri
olmasının bir daha sübutudur. Dövlət başçısı qürurtla deyib ki, biz xoşbəxt günləri
yaşayırıq. Xalqımız bundan sonra sülh, əmin-amanlıq şəraitində yaşayacaq, öz
doğma torpağında qurub-yaradacaqdır. Laçın rayonunun timsalında biz dirçələn
Azərbaycan reallıqlarını görürük, dirçələn torpaqları görürük. Biz öz doğma
torpağımızda qürurla yaşayırıq. Bu gün biz həm Şuşada, həm Laçında toy-bayram
edirik, həm də sakinlər qayıdıb, həyat qayıdıb. Hər bir laçınlı, hər bir keçmiş məcburi
köçkün bu gün qürur hissi ilə yaşayır. Bu baxımdan, dövlətimizin başçısının
rayonlarda çoxsaylı təməlqoyma mərasimləri və açılışlarda iştirakı, xüsusilə vaxtilə
didərgin düşmüş insanların Laçında məskunlaşması bayram ərəfəsaində onun
xalqımıza hədiyyəsidir. Bu gün Laçın şəhərinin yeni siması müstəqilliyimizin nə qədər
möhkəm olmasını bir daha göstərir.
Ermənistan silahlı qüvvələri tərəfindən Laçın rayonu işğal edildikdən sonra
rayon ərazisi vəhşiliklə və amansızlıqla dağıdılmışdır. Erməni işğalı nəticəsində 217
mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və
müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 2
avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri talan və məhv edilmiş və 54
dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalmışdır.
Qısamüddətli, ortamüddətli, uzunmüddətli hədəflər müəyyən olunub. Əlbəttə ki,
bütün bu hədəflər bəyan edilməyib, çünki hələ tezdir. Laçının gələcəyi irəlidədir və
işıqlıdır. Erməni işğalından azad olunmuş ərazilərdə dövlət başçımızın birbaşa
təşəbbüsü və tapşırıqları ilə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının
reallaşdırılması nəzərdə tutulur.
Burada aeroportun tikilməsi ümumilikdə bölgənin sosial-iqtisadi inkişafına təkan
verəcək və turizm potensialının artırılmasına səbəb olacaq. Laçın hava limanının
inşası həm də işğaldan azad edilmiş tarixi torpaqlarımızda aparılan abadlıq-
quruculuq işlərinin miqyasını göstərir. Laçın aeroportu logistik mərkəzlərin
yaradılmasına da töhfə verəcək. Uçuş-enmə zolağının uzunluğu 3 kilometr olacaq
hava limanında 6 təyyarə dayanacağının inşası nəzərdə tutulur.Laçın şəhəri lap
yaxın gələcəkdə dünya miqyasında tanınan bir məkan olacaq. Laçın şəhərinin yeni
siması müstəqilliyimizin nə qədər möhkəm olmasını göstərir.
Laçın rayonunun erməni işğalından azad olunması və geniş bərpa-quruculuq
tədbirləri tarixi ədalətin bərpası olmaqla yanaşı prezident, Müzəffər Ali Baş
Komandan cənab İlham Əliyevin rəhbərliyi altında gələcək günlərə xalqımızın xoş
ümidləri deməkdir.

Ədalət Əsgərov
Cəlilabad rayon Ağsaqqlar Şurasının sədri


Digər xəbərlər

0.28380107879639