Biz qürurlu xalqıq və həmişə qürurla yaşayacağıq

15:30 29-08-2023 | icon 688
Biz qürurlu xalqıq və həmişə qürurla yaşayacağıq

26 avqust - Laçın şəhəri günü tarixi ədalətin təntənəsidir, Vətən müharibəsində
əldə etdiyimiz Qələbənin təcəssümüdür. Məlum olduğu kimi, Prezident İlham
Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan
azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama
əsasən 26 avqust Laçın şəhəri günü kimi müəyyən olub.
Laçın Şəhər bayramı günündə bir daha göstərildi ki, Qarabağda kök salmış
erməni tör-töküntüləri nə qədər fitnə-fəsad törətsələr də, bu prosesin qarşısını ala
bilməyəcəklər. Çünki, Prezident, Ali Baş Komandan İlham Əliyevin diplomatik gücü
hər kəsə məlumdur. Biz daim görmüşük ki, dövlət başçısı dediyindən dönməyən bir
şəxsiyyətdir. Son vaxtlar beynəlxalq təşkilatlar faktiki olaraq bizim mövqeyimizlə
tamamilə razılaşıblar. Ona görə ki, biz haqlıyıq və ona görə ki, biz mövqeyimizdən
kənara bir addım belə atmırıq.
İşğaldan azad olunmuş ərazilərdə, o cümlədən Laçında hava limanının inşası
bölgənin beynəlxalq statusunu artıracaqdır. Təməli 2021-ci ildə qoyulan 2025-ci ildə
Laçında Beynəlxalq Hava Limanının istifadəyə verilməsi planlaşdırılır. Hava limanı
Qorçu kəndi yaxınlığında dəniz səviyyəsindən 1800 metr hündürlükdə inşa edilir və
postsovet məkanında ən yüksək dağlıq ərazidə yerləşən hava limanlarından biri
olacaq. Hava limanının uçuş-enmə zolağının uzunluğu 3 min metr, eni isə 60 metr
olacaq. Aeroportun beynəlxalq standartlara uyğun layihələndirilən terminal binasının
sahəsi 5 min kvadratmetrdir və saatda 200 sərnişinə xidmət edə biləcək. Hava limanı
Laçın şəhərinə 30, Şuşaya 70, Kəlbəcərə 60 kilometrlik məsafədə yerləşir. Bu hava
limanı strateji təyinatı ilə yanaşı, gələcəkdə regionun turizm potensialının inkişafına
da imkan verəcək.
Laçın Şəhər bayramı bir daha göstərdi ki, torpaqların bərpası prosesi sürətlə
gedir. Şəhərlə yanaşı dağılmış bütün kəndlər bərpa ediləcək. Çünki Laçın
rayonunda heyvandarlığın inkişafı üçün böyük imkanlar var. Artıq ikinci ildir ki,
çobanlar ilə qoyun sürüləri oraya göndərilib. Laçın rayonunda yüzlərlə arıçı öz
təsərrüfatını qurub və bol məhsul götürür.Cari ilin avqustun 25-də “Həkəri Balıq
Təsərrüfatı” fəaliyyətə başlayıb.Qarabağ zonasında ilk nərəyetişdirmə təsərrüfatı
olan bu müəssisədə il ərzində 35 ton Kür nərəsi, 1,5 ton çökə və 5 ton forel
yetişdiriləcək. Gələcəkdə müəssisənin fəaliyyətinin genişləndirilməsi planlaşdırılır.
Belə ki, nərə əti istehsalının ildə 70 tona, kürünün 3 tona, forel ətinin isə 10 tona
çatdırılması nəzərdə tutulur.
Prezident İlham Əliyev bir daha bəyan edib ki, Qarabağın bərpasından ötrü
bütün işlər görülür, bundan sonra da planlı şəkildə görüləcək və insanlar doğma
torpaqlarda əbədi yaşayacaqlar. Biz Qarabağı cənnətə çevirəcəyik, doğma
torpaqlarda qürurla yaşayacağıq.
İlkin Zeynalov
Lənkəran-Astara Regional Təhsil İdarəsi
Cəlilabad təhsil sektorunun müdiri


Digər xəbərlər

0.32993412017822