Laçın bölgəsinin tərəqqisi hamımızın qəlbini riqqətə gətirir

15:31 29-08-2023 | icon 501
Laçın bölgəsinin tərəqqisi hamımızın qəlbini riqqətə gətirir

Laçın rayonu 18 may 1992-ci ildə erməni silahlı qüvvələri tərəfindən işğal
olunmuşdur. Rayonun işğalını reallaşdıran düşmən qüvvələrinin böyük hissəsi Laçın
dəhlizi vasitəsilə daxil olmuşdur. Laçın rayonunun işğal altına düşməsi faktiki olaraq
Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi bağlantı yaratmışdır. İşğal
nəticəsində Laçın rayonunun əhalisi etnik təmizləməyə məruz qalmış, 300-dən artıq
hərbi və mülki şəxs həlak olmuş və itkin düşmüşdür. Rayonun əhalisi 79.1 min nəfər
olmaqla respublikanın 57 şəhər və rayonunda müvəqqəti məskunlaşmışdır.
Prezident İlham Əliyevin 26 avqust tarixində Laçın şəhərində Həkəri çayının
sahilində keçirilən “Laçın Şəhəri Günü” bayram tədbirində çıxışında demişdir ki,
Ermənistan silahlı qüvvələri tərəfindən Laçın rayonunun işğal altına düşməsi
hamımız üçün böyük faciə idi. Çünki Laçının işğal altına düşməsi ilə Ermənistanla
keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti arasında coğrafi əlaqə yaradılmışdır.
Laçın rayonu işğal edildikdən sonra rayon ərazisi vəhşiliklə və amansızlıqla
dağıdılmışdır. Erməni işğalı nəticəsində 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə
müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, 1
internat məktəbi, 1 orta texniki peşə məktəbi, 2 avtonəqliyyat və müxtəlif təyinatlı
istehsal müəssisələri talan və məhv edilmiş və 54 dünya, 200-dən çox yerli
əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalmışdır.
Beləliklə, mənfur düşmən 30 il bizim şəhər və kəndlərimizi dağıdıb, viran
qoyub. Bu gün Laçında başqa mənzərəni müşahidə edirik.
Laçınlılar 31 ildən sonra öz doğma kəndlərinə qayıdıblar və artıq burada
yaşayırlar. Laçınlılar mayın 28-dən etibarən artıq buradadırlar. Artıq 1000-ə yaxın
Laçın sakini şəhərdə məskunlaşmış və ilin sonuna qədər 900 ailə üçün evlər hazır
olacaq. Yəni, bu ilin sonuna qədər bir neçə min həm şəhər sakini, həm kənd sakini
Laçında yaşayacaq.
Laçında bütün lazımi şərait yaradılır. Hər şey çox böyük zövqlə yaradılır ki,
həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması
Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun. Prezident İlham Əliyevin
sərəncamına əsasən tikilən Kəlbəcər-Laçın avtomobil yolunun uzunluğu 75,8
kilometrdir vəmövcud yoldan 32 kilometr qısa olacaq. I və II texniki dərəcəli bu yol
ikizolaqlı və dördzolaqlı olmaqla inşa edilir. Yeni yolun üzərində 17 tunelin inşası
nəzərdə tutulur. Tunellərin ümumi uzunluğu 13,3 kilometrdir. Bundan başqa, yol
üzərində ümumi uzunluğu 4163 metr olan 23 körpü də inşa edilir.
Qeyd edək ki, Laçın rayonu 1930-cu ildə inzibati ərazi vahidi statusu alıb.
Rayonun ərazisi şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa və
Xocavənd rayonları, qərbdən isə Ermənistanla həmsərhəddir.
Azərbaycan dövləti bundan sonra qalib dövlət kimi inkişaf edəcək.
Azərbaycan xalqı müzəffər xalq kimi yaşayacaq, qürur hissi ilə yaşayacaq. Doğma
torpaqlarda yaşayıb rahat ömür sürmək bizim haqqımızdır. Buna görə cənab
Prezidentə minnətdarlığımızı bildirir və onunla fəxr edirik.

Hafiz Cavadov

Cəlilabad şəhər sakini, YAP fəalı


Digər xəbərlər

0.25031208992004