Müstəqillik amalı taleyimizin mənasıdır

13:55 01-09-2023 | icon 570
Müstəqillik amalı taleyimizin mənasıdır

1991-ci il avqustun 30-da qəbul edilmiş Müstəqillik haqqında Bəyannamə
Azərbaycanın taleyində, xalqımızın müqəddəratı və azad inkişafının təmin
olunmasında ən mühüm hadisə oldu. Birmənalı olaraq söyləyə bilərik ki, əldə
etdiyimiz müstəqilliyin qorunub saxlanıllması Ulu Öndər Heydər Əliyevin adı ilə
bağlıdır.
Yaxşı xatirimizdədir, 1990-cı il iyulun 20-də Bakıya qayıdan Heydər Əliyev iki
gün sonra 22 iyul tarixində Naxçıvana yola düşüb. 30 sentyabr 1990-cı il tarixində
Ulu Öndər Azərbaycan SSR və Naxçıvan MSSR Ali Sovetlərinə deputat seçildi.
Ağır blokada vəziyyətində inkişafa, yüksəlişə aparan yolun əsası 3 sentyabr
1991-ci ildə qoyulub. 1991-ci il sentyabrın 3-də Heydər Əliyev Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin sədri seçilib və müvafiq qanunvericiliyə əsasən həm də
Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub. Bu hal qüdrətli
siyasətçinin ölkənin ictimai-siyasi həyatında daha yaxından iştirak etməsinə meydan
açıb. Ümummilli Lider Heydər Əliyevin fəaliyyəti, onun iradəsi ilə qəbul olunmuş
qərarlar müstəqillik tariximizin ən parlaq səhifələrini təşkil edir.
Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Ali Soveti müstəqilliyimizin
əsas atributlarından olan üçrəngli bayrağımızın Naxçıvan MR-in dövlət bayrağı
olması barədə qərar qəbul etdi. Qərarda, həmçinin Azərbaycan Respublikasının ali
qanunverici orqanına Azərbaycanın dövlət rəmzləri haqqında məsələyə baxması,
respublikamızın milli tarixi ənənələrə uyğun olaraq yeni dövlət rəmzlərinin - bayrağın,
gerbin, himnin qəbul olunması təklif edilmişdi.. Bu, dünyada Sovet İttifaqı kimi
tanınan, siyasi sistemini sovetlər üstündə quran bir ölkənin siyasi strukturunda
dəyişiklik edilməsi demək idi. Naxçıvan MR Ali Məclisi 1990-cı il noyabrın 21-də 20
yanvar hadisəsinə düzgün siyasi qiymət verdi, bu qanlı hadisədə SSRİ rəhbərliyi ilə
yanaşı respublika rəhbərləri Vəzirovun, Mütəllibovun və başqalarının günahkar
olduqlarını qeyd etdi, xalqa kimlərin ona rəhbərlik etmək istədiyini göstərdi.
1991-ci il avqustun 30-da Azərbaycan Respublikası Ali Sovetinin xalqın tələbi
ilə çağırılmış növbədənkənar sessiyasında Ulu Öndər Heydər Əliyev Azərbaycanın
müstəqilliyinin elan olunması təklifi ilə çıxış etmişdir. Ulu Öndər Heydər Əliyev
Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı günü məhz müstəqillik günü kimi
dəyərləndirib və bunu obyektiv yanaşmalarla əsaslandırıb.
Həmin sessiyada “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa
etmək haqqında” Bəyannamə qəbul edildi. Həmin ilin oktyabr ayının 18-də isə Ali
Sovet “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”nı
qəbul etdi. Məhz Ulu Öndərin siyasi hakimiyyətə qayıdışı milli dövlətçiliyin bərpası
istiqamətində qəti addımların atılmasına gətirib çıxardı. Azərbaycan xalqı dahi
rəhbərimizin doğma el-oba qarşısındakı xidmətini heç vaxt unutmayacaq.
İndi Heydər Əliyevin memarı olduğu müstəqil respublikamız sürətli və geniş
inkişaf yolundadır. Bizim hazırkı daxili və xarici siyasət konsepsiyamız ən geniş
mənada dövləti xalqa, xalqı dövlətə möhkəm və qırılmaz tellərlə bağlayır. Ölkənin
bütün guşələrində əmin-amanlıq və sabitlik, qarşısıalınmaz inkişaf hakimdir,
torpağımızın hər qarışında ulu öndərimizin iradə və əzmkarlığı öz bəhrələrini verir,
həyatımıza şanlı qələbələrin yazılması təmin edilir. Bütün bunların nəticəsində
müstəqilliyimizin dayaqları möhkəmlənir, gələcək nəsillərin firavan həyatı üçün etibarlı təminat yaranır. İnanırıq ki, xalqımızın nailiyyətləri bundan sonra daha da möhkəmlənəcək, müstəqil respublikamız öz qüdrətini artıracaqdır. Biz daha güclü dövlətə çevriləcəyik, heç kəsdən nə siyasi, nə də iqtisadi asılılığımız olmayacaq.
Əslində belə asılılıq indi yoxdur, möhtərəm Prezidentimiz cənab İlham Əliyev bunu
dəfələrlə bəyan etmişdir. Müstəqilliyimizin başlıca göstəricisi də məhz budur.
Aydın Hüseynov,
siyasi şərhçi


Digər xəbərlər

0.21564698219299