Müstəqillik haqqında Bəyannamə tariximizin şərəf səhifəsidir

13:56 01-09-2023 | icon 645
Müstəqillik haqqında Bəyannamə tariximizin şərəf səhifəsidir

Xalqımız 1991-ci ilin həyəcanlı günlərini yaddan çıxarmnamıdır. O zaman
Naxçıvan sakinləri böyük səs çoxluğu ilə öz seçimini etdi və ulu öndər Heydər Əliyevi
muxtar respublikanın Ali Məclisinin sədri seçdi. Həmin seçimlə nəinki Naxçıvanın,
bugünkü qüdrətli Azərbaycan dövlətinin təməli qoyuldu. Müharibənin davam etdiyi,
sənaye məhsullarının çatışmadığı, elektrik enerjisinin olmadığı, sosial-iqtisadi
durumun kəskin olduğu şəraitdə Ali Məclisin Sədri seçilən Ulu Öndər həyata keçirdiyi
islahatlar, gördüyü tədbirlər və işlər sayəsində Naxçıvanda sabitliyin, tərəqqinin və
həmrəyliyin təmin olunmasına nail oldu.“Bu zamanın, bu dəqiqələrin, bu saatın
hökmünü nəzərə almaya bilməzdim. Xalqın bu əhvali-ruhiyyəsini, tələblərini nəzərə
alaraq bütün məsələləri götür-qoy etdim. Mən öz taleyimi xalqa tapşırmışam və
xalqın iradəsini, yəqin ki, indi bu müddətdə, bu çətin dövrdə yerinə yetirməliyəm”. Ulu
Öndər Heydər Əliyev bu sözləri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 3
sentyabr 1991-ci il tarixli fövqəladə sessiyasnda bəyan etmişdi.
Ulu Öndər Heydər Əliyev Ali Məclisin sədri vəzifəsinin icrasına başlayandan
sonra Naxçıvan Muxtar Respublikası Dövlət Müdafiə Komitəsinin yaradılması
haqqında qərar qəbul edildi. Bu qərar Naxçıvanın müdafiəsinin gücləndirilməsi
istiqamətində atılan ilk addım oldu. Sonrakı dövrlərdə qəbul edilmiş tarixi qərarlarla
Naxçıvanda yerləşən sovet qoşunlarına məxsus hərbi texnika və silahların Muxtar
Respublikada saxlanılması təmin olundu.
Naxçıvanda həyata keçirilən demokratik tədbirlər bütün Azərbaycana nümunə
olmuşdu. Heydər Əliyev Azərbaycan SSR Ali Sovetinin 1991-ci il fevralın 5-də
açılmış sessiyasındakı çıxışında mövcud siyasi vəziyyəti əhatəli təhlil etdi, böhranın,
habelə Dağlıq Qarabağ münaqişəsinin səbəblərini, SSRİ və respublika rəhbərlərinin
yol verdiyi ciddi qüsurları və onları aradan qaldırmağın, təcavüzkar Ermənistana
qarşı müdafiə mövqeyindən çıxıb birlikdə mübarizə aparmağın vacibliyini qeyd etdi.
Onun çağırışını xalq ruh yüksəkliyi ilə qarşıladı. Həmin sessiyada dövlətin adı
dəyişdirilərək“Azərbaycan Respublikası”adlandırıldı, Azərbaycan Xalq
Cümhuriyyətinin bayrağı dövlət bayrağı kimi təsdiq olundu.
1991-ci il 18 oktyabr dövlət müstəqilliyinin elan olunması Azərbaycanın yeni
intibahının bünövrəsi demək idi. Konstitusiya Aktı Azərbaycan Respublikası Ali
Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsini rəhbər tutaraq qəbul edildi və
müstəqil Azərbaycan Respublikasının dövlət quruluşunun, siyasi və iqtisadi
quruluşunun əsaslarını təsis etdi.. Vətən müharibəsində tarixi Qələbə, ərazi
bütövlüyümüzün  bərpası,  Azərbaycanın dünyada  layiqli yeri, əldə etdiyi böyük
nüfuz ölkəmizin suverenliyi, dövlət müstəqilliyi və milli kimliyi ilə bağlı rəmzi
hadisələrə yenidən sistemli baxışı zəruri etdi. Qalib,  müstəqil Azərbaycan hər bir
azərbaycanlı  üçün qürur mənbəyidir.
Ulu Öndərin rəhbərliyi ilə başlanan islahatlar nəticəsində dövlət idarəçiliyinin
bütün sahələri dünya standartlarına uyğunlaşdırıldı, dövlətçiliyin başlıca prinsipləri
formalaşdırıldı, vətəndaşla dövlətin qarşılıqlı mənəvi məsuliyyətinə əsaslanan sosial
sabitliyin təməli qoyuldu və dövlət cəmiyyətin bütövlüyünün tam təminatçısına
çevrildi.
Arif Abdullayev,
Vətən müharibəsi qəhrəmanı şəhid
Rəşad Abdullayevin atası


Digər xəbərlər

0.29460096359253