Müstəqil dövlətimiz dünya arenasında iz qoyur

13:57 01-09-2023 | icon 826
Müstəqil dövlətimiz dünya arenasında iz qoyur

Dövlət müstəqilliyinin bərpası yaranmış tarixi şəraitdən əlavə, həm də
Azərbaycan xalqının müstəqillik arzusu və azadlıq mübarizəsi nəticəsində mümkün
oldu. XX əsrin sonunda yaranmış tarixi şərait Azərbaycana öz dövlət müstəqilliyini
bərpa etmək imkanı verdi.
Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində görülən
əsas işlərdən biri də ölkənin dünya birliyinə inteqrasiyasının təmin olunmasıdır:
Heydər Əliyevin siyasi zəkası sayəsində muxtar respublika beynəlxalq aləmdən
təcrid olunmaq təhlükəsi aradan qaldırılmışdır. Dünya siyasət meydanında Ulu
Öndər həmişə öz sözü, öz çəkisi, öz sanbalı ilə seçilmişdir. “Ulu öndər Heydər
Əliyevin möhkəm təməllər üzərində əsasını qoyduğu balanslaşdırılmış xarici siyasət
uzaq hədəflərə hesablanmış strateji fəaliyyət konsepsiyası olmaqla, müstəqil
Azərbaycanın beynəlxalq arenada nüfuz və mövqelərinin güclənməsinə, ümummilli
problemlərinin həllinə yönəlmişdir. Ulu öndər Heydər Əliyevin uğurlu xarici siyasət
kursu nəticəsində beynəlxalq təşkilatlarla bərabərhüquqlu səviyyədə əməkdaşlıq
müstəqilliyin əsas dayaqlarından birinə çevrildi.
Dövlət müstəqilliyinin ilk illərində hakimiyyətdə olan qüvvələr Konstitusiya
Aktının prinsiplərinə əməl edə bilmədilər. O zamanlar hakimiyyətdə olan siyasi
dairələrin səriştəsizliyi az qala bu müstəqilliyin də itirilməsinə gətirib çıxaracaqdı. Bir-
birini əvəz edən Mütəllibov və AXC-Müsavat iqtidarları əslində dövlətçilik deyil,
hakimiyyətlərini qoruyub saxlamaq maraqlarından çıxış edir və beləliklə, hələ kövrək
olan dövlət müstəqilliyini təhlükə altına salırdılar. Həmin dövrdə hakimiyyətdə olanlar
yeni yaranan müstəqil dövlətçiliyin möhkəmlənməsi üçün nəinki bir iş görmədilər,
əksinə ölkəni dünyada gedən bütün proseslərdən uzaq salaraq təklənməsinə, təcrid
olunmasına xidmət göstərdilər.
Ulu Öndər Heydər Əliyev ölkəni gözləyən bütün təhlükələri dəf etməklə
Azərbaycanın müstəqilliyinin möhkəm təməlini qoydu. Ümummilli Lider Heydər
Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra səmərəli dövlətçilik konsepsiyası,
iqtisadiyyatın dirçəlişi strategiyası və azərbaycançılıq fəlsəfəsinin əsaslarına uyğun
olaraq demokratik inkişaf reallaşdı.
Məhz Heydər Əliyevin fəaliyyətində xarici siyasət, Azərbaycanın dünya
iqtisadiyyatına inteqrasiyası, iqtisadi inkişafın təmin edilməsi, aqrar islahatların
həyata keçirilməsi ardıcıl prioritet sahələr olmuşdur. Ümummilli Liderin gərgin əməyi
və ardıcıl səyləri nəticəsində bu problemin həllinə yönəlik məqsədyönlü, sistemli və
davamlı addımlar atılmış və məsələnin mahiyyəti dünya ictimaiyyətinin diqqətinə
çatdırılmışdır. Bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam
etdirilmişdir. Bütün dünya ölkələri və beynəlxalq təşkilatlar Qarabağı Azərbaycanın
ərazisi kimi tanımışdır. Bütövlükdə, bu gün Azərbaycan Heydər Əliyev siyasi kursu
əsasında yaşayır və irəliləyir.
Cahangir Muradov
Cəlilabad şəhər sakini,
Əməkdar mədəniyyət işçisi


Digər xəbərlər

0.23569011688232