Qalib, müstəqil Azərbaycan vətəndaş qürurumuzun ünvanıdır

13:58 01-09-2023 | icon 572
Qalib, müstəqil Azərbaycan vətəndaş qürurumuzun ünvanıdır

1991-ci ildə sovetlər ittifaqına daxil olan bəzi respublikalarda mərkəzdənqaçma,
müstəqilliyə qovuşmaq istəyi qarşısıalınmaz həddə çatmışdı. Belə şəraitdə, 1991-ci il
avqustun 30-da Azərbaycan Respublikası Ali Sovetinin xalqın tələbi ilə çağırılmış
növbədənkənar sessiyasında dövlət müstəqilliyini bərpa etmək haqqında
bəyannamə qəbul edildi. Həmin ilin oktyabr ayının 18-də isə Ali Sovet "Azərbaycan
Respublikasının Müstəqilliyi haqqında Konstitusiya Aktı"nı qəbul etdi.
Xatırladaq ki, hələ buna qədər - 1990-cı ilin iyulun 22-də xalqımızın dahi oğlu,
görkəmli dövlət xadimi Heydər Əliyevin Naxçıvana qayıdışı və buradan başlanan milli
dirçəliş prosesinin bütün Azərbaycan siyasi mühitində aparıcı hadisəyə çevrilməsi,
milli dövlətçiliyin bərpası istiqamətində qəti addımların atılması ilə müşayət olunmağa
başlamışdı. 1990-cı il noyabrrn 17-də Heydər Əliyevin sədrliyi ilə öz işinə başlayan
Naxçıvan Ali Məclisinin sessiyası tariximizdə Azərbaycan dövlətçiliyinin dirçəlişi
prosesinin həyata keçirilməsi ilə bağlı bir çox məsələlərin müzakirə olunması,
ölkəmizi müstəqilliyə aparan yolda tarixi qərarların qəbul edilməsi ilə əlamətdar oldu.
İkinci dəfə siyasi hakimiyyətə qayıdan ulu öndərimiz
Heydər Əliyevin uzaqgörənliyi ilə mütərəqqi dövlət quruculuğuna start verildi,
dövlətçiliyin başlıca prinsipləri formalaşdırıldı, vətəndaşla dövlətin qarşılıqlı mənəvi
məsuliyyətinə əsaslanan sosial sabitliyin təməli qoyuldu və dövlət cəmiyyətin
bütövlüyünün tam təminatçısına çevrildi. Ulu öndərin rəhbərliyi ilə başlanan islahatlar
nəticəsində dövlət idarəçiliyinin bütün sahələri dünya standartlarına uyğunlaşdırıldı.
Ölkədə azad bazar iqtisadiyyatı prinsiplərinin bərqərar edilməsi nəticəsində qısa
zaman kəsiyində dövlətin və xalqın maraqlarına cavab verən iqtisadi sistem
yaradıldı. Eləcə də vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi dövlət
siyasətinin prioritet istiqamətlərindən biri elan edildi.
İnsan hüquq və azadlıqlarının qorunması ilə davamlı demokratik islahatlar
kursunun həyata keçirilməsinə başlanıldı. Bütün insan hüquqları, o cümlədən söz,
mətbuat azadlığı, şəxsiyyətin toxunulmazlığı təmin edildi. Ölkəmizdə tarixən mövcud
olmuş tolerantlıq mühiti daha da möhkəmləndirildi, vətəndaş cəmiyyətinin
formalaşdırılması yolunda köklü irəliləyiş əldə olundu.
Heydər Əliyevin xüsusilə Prezident seçilməsindən sonra cəmiyyətimizin
tərəqqisi yolunda gördüyü işlərdən çox danışmaq olar. Bu gün fəxrlə söyləmək olar
ki, Azərbaycan dövlətinin qazandığı bütün uğurlar ulu öndər Heydər Əliyevin
müdrikliyi sayəsində məhz müstəqilliyimizin qorunub saxlanmasının nəticəsidir. Bu
gün müstəqil Azərbaycan Respublikasının bütün sahələrində Heydər Əliyev izi
görünür. Xalqın tarixi yaddaşının özünə qaytarılması onun qəlbində illərdən bəri
sıxılıb qalmış milli dövlətçilik ideyasının gələcəkdə böyük hərəkətverici qüvvəyə
çevrilməsi, müstəqil dövlətçilik ideyalarının gerçəkləşməsi üçün zəmin yaratmışdır.
Dövlətimiz Heydər Əliyev ideyaları ilə yaşayır və onun dövlətçilik konsepsiyası əmin
əllərdədir.
Yasər Muradov, Cəlilabad RİH-nin şöbə müdirin müavini


Digər xəbərlər

0.26895093917847