Ulu Öndər Heydər Əliyev müstəqilliyimizin sarsılmaz təməlini qoydu

13:59 01-09-2023 | icon 569
Ulu Öndər Heydər Əliyev müstəqilliyimizin sarsılmaz təməlini qoydu

Ulu Öndər Heydər Əliyevin ideyaları müstəqil dövlətçiliyin böyük məktəbinə
çevrilib. Müstəqil Azərbaycanın dövlətçilik sisteminin konturları, gələcək inkişafın
istiqamətləri məhz onun rəhbərliyi ilə müəyyənləşdirilib. Belə ki, 1993-cü ilin
iyunundan dövlətimizin idarəçilik sükanının arxasına keçən Heydər Əliyev xilaskarlıq
missiyasını müdrikliklə, yenilməz iradə, qətiyyət və böyük uzaqgörənliklə yerinə
yetirməyə başladı. Əgər həmin məqamda Heydər Əliyev hakimiyyətə gəlməsəydi,
kim bilir, dövlətimizi, xalqımızı daha hansı faciələr gözləyirdi!? Heydər Əliyev ölkəni
gözləyən bütün təhlükələri dəf etməklə Azərbaycanın müstəqilliyinin möhkəm
təməlini qoydu.
Ümummilli lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra səmərəli
dövlətçilik konsepsiyası, iqtisadiyyatın dirçəlişi strategiyası və azərbaycançılıq
fəlsəfəsinin əsaslarına uyğun olaraq demokratik inkişaf reallaşdı. Məhz Heydər
Əliyev öz dühası ilə Azərbaycan tarixinin bu yeni mərhələsində cəmiyyəti səfərbər
edərək müstəqil siyasi, iqtisadi və sosial-mədəni kursun gerçəkləşməsinə nail oldu.
İlk növbədə, ölkədə separatçı qüvvələr zərərsizləşdirildi, vətəndaş müharibəsi
təhlükəsinin qarşısı alındı. Azərbaycanın dövlətçiliyinə, müstəqilliyinə və ərazi
bütövlüyünə qəsdlər hazırlayan cinayətkar dəstələr cəmiyyətdən təcrid edildi.
Ölkənin nizami silahlı qüvvələrinin yaradılması ilə bağlı tədbirlər həyata keçirildi.
Ölkəmizin müasir dönəmdə hərtərəfli inkişafı Heydər Əliyevin Azərbaycan
dövlətçiliyinə qayıdışı, Azərbaycanın Prezidenti seçilməsi ilə başladı. Ulu öndər
Heydər Əliyev Prezident seçilərkən xalq və dövlət qarşısında Konstitusiyaya və
Qurani-Kərimə içdiyi anda sadiq qalaraq, biliyini, təcrübəsini, qüvvəsini Azərbaycan
xalqının, Azərbaycan Respublikasının rifahına həsr etdi.
Prezident vəzifəsini ali məqsədlər, amallar naminə yerinə yetirdi. Azərbaycan
Respublikasının tam müstəqilliyini, suverenliyini, ərazi bütövlüyünü təmin etmək
üçün əlindən gələni əsirgəmədi.
Heydər Əliyevin dövlətçilik konsepsiyasını uğurla davam etdirən Azərbaycan
Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi dərin məzmunlu və çoxşaxəli siyasi
kurs Azərbaycanın dövlət müstəqilliyini daha da möhkəmləndirir. Prezident İlham
Əliyevin qətiyyəti sayəsində regionda cərəyan edən proseslərlə bağlı ölkə başçısının
müdrik siyasi baxışları Azərbaycanın müstəqilliyinin daha da möhkəmlənməsinə,
dövlətçiliyimizin daha da qüdrətlənməsinə xidmət edir. Müstəqil daxili və xarici
siyasət yeridən Azərbaycan yalnız regionda deyil, beynəlxalq miqyasda söz sahibi
olan ölkə kimi tanınır. Azərbaycan Prezidentinin həyata keçirdiyi məqsədyönlu
siyasət, qazanılan bütün uğurlar əminliklə söyləməyə əsas verir ki, ölkəmizin dövlət
müstəqilliyi bir də heç vaxt əldən verilməyəcək, əbədi olacaqdır.

Əlizamin Əzizov,
Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının
Sərhədabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi


Digər xəbərlər

0.25618886947632