Premyer Liqa: V turun açılış oyununda “Sabah” “Turan Tovuz”u qəbul edəcək

14:07 01-09-2023 | icon 854
Premyer Liqa: V turun açılış oyununda “Sabah” “Turan Tovuz”u qəbul edəcək

Bu gün Azərbaycan Premyer Liqasında V tura start veriləcək.

Ilk gündə bir oyun keçiriləcək.

Mövsümə qeyri-sabit nəticələrlə başlayan “Sabah” doğma azarkeşləri önündə meydana çıxacaq. Premyer Liqanın gümüş mükafatçısı “Turan Tovuz”u sınağa çəkəcək.

Hazırda tovuzlular 6 xalla dördüncü, bakılılar isə 4 xalla altıncı pillədə qərarlaşıb. Lakin “Sabah”ın ehtiyatında bir oyun var.

Qeyd edək ki, turun digər oyunları sentyabrın 2-3-də keçiriləcək.

Premyer Liqa
V tur
1 sentyabr (cümə)

19:00. “Sabah” – “Turan Tovuz”
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Rövşən Rəcəbov.
VAR: Rəşad Əhmədov.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Emin Cəfərov.
“Bank Respublika Arena”

N

Klublar

O

Q

H

M

T-F

X

1

Zirə

4

4

0

0

5-1

12

2

Sumqayıt

3

2

1

0

7-3

7

3

Qarabağ

4

2

1

1

6-3

7

4

Turan Tovuz

4

2

0

2

6-6

6

5

Neftçi

4

1

2

1

4-3

5

6

Sabah

3

1

1

1

6-2

4

7

Səbail

4

1

1

2

6-8

4

8

Araz-Naxçıvan

4

1

1

2

4-6

4

9

Kəpəz

4

1

1

2

2-4

4

10

Qəbələ

4

0

0

4

1-11

0

Bombardirlər: Martin Petkov (“Turan Tovuz”) - 3 qol, Adama Diakabi, Abdullah Zubir, Olavio Juninyo (hamısı “Qarabağ”), Rövlan Muradov ("Sumqayıt") - 2 qol.


Digər xəbərlər

0.23015093803406