TƏCİLİ! Cəbhədə vəziyyət GƏRGİNLƏŞDİ: Ermənilər Ağdamı gülləbaran etdi
Ermənistan silahlı birləşmələri təmas xəttinə yaxın yerləşən yaşayış məntəqələrini atəşə tutmağa davam edir.
Qarşı tərəf ötən gün cəbhənin Ağdam istiqamətində də atəşkəsi pozub. Gülləbaran nəticəsində rayonun Orta Qərvənd kəndində Habil Qədirova məxsus traktora ziyan dəyib. Traktor sahibi deyir ki, səhər saat 7:00 radələrindən başlayaraq təqribən 15 dəqiqə davam edən atışma səsi eşidib. İki saat sonra sahəyə işləməyə getmək istəyərkən traktorun ön şüşəsindəki güllə izini görüb.
"Baxdım ki, şüşəyə dəyib düşüb yerə. İndi bu dəqiqə səpin vaxtıdı. Amma kəndin yuxarı hissəsinə çıxmaq olmur. Ancaq aşağı tərəfdə. Təzəlikdə bir yoldaş var, yer əkirdi, ona da atdılar, yarımçıq qoydu. İki texnikam var, ehtiyat edirəm, indi ikisini də kənddə saxlamağa. Birini gətirib aşağı kəndə qoyuram indi" – deyə Habil Qədirov bildirir.
Traktorun üzərində digər güllə izlərini göstərən Habil Qədirov əvvəllər də sahədə işləyəndə bir neçə dəfə atəşə məruz qaldığını dedi.
mənbə: istipress
-
Mövqelərimiz atəşə tutulub - Ordumuz cavab tədbirləri görür
...
-
Mövqelərimiz atəşə tutuldu
...
-
Müdafiə Nazirliyi məlumat yaydı
...
-
Ordumuzun mövqeləri atəşə tutuldu
...
-
Mövqelərimiz atəşə tutulub
...
-
Ermənilərin canlı qüvvəsini daşıyan maşını belə məhv edildi - Video
...
-
Müdafiə Nazirliyi son vəziyyəti açıqladı
...
-
Üç şəhidimiz var - Adlar açıqlandı
...
-
XİN məlumat yaydı
...
-
Son əməliyyatdan sonra nəzarətimizə keçən iki kənddən - Görüntülər
...