Qaradağda iməcilik keçirildi - Fotolar

15:47 02-09-2023 | icon 936
Qaradağda iməcilik keçirildi - Fotolar

2 sentyabr 2023-cü il tarixində Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə Qaradağ rayonunun bütün ərazisində, o cümlədən qəsəbələrində iməcilik keçirilib.

Qaradağ rayon İcra Hakimiyyətinin iməcilik təşəbbüsünə rayon ərazisində fəaliyyət göstərən bütün idarə, müəssisə və təşkilatlar qoşulub.
İməclikdə iştirak edən sənaye, təhsil, səhiyyə, mədəniyyət işçiləri ilə yanaşı, özəl sahədə çalışan sahibkarlar da iştirak edib.

Səhər tezdən rayonun küçələrində, səki kənarları, səkilər və işıq dirəkləri, məhəccərlər, mağaza vitrinləri, reklam lövhələri, ağaclar və yaşıllıq zolaqları yuyulmuş, zədələnmiş ağaclar budanmış, yeni yaşıllıqlar əkilmiş, digər təmizlik və dezinfeksiya işləri görülüb. 

 

 





Digər xəbərlər

0.29058885574341