Son bir həftədə Azərbaycanda 130 nəfər koronavirusa yoluxub
Azərbaycanda son 1 həftə ərzində (28 avqust-3 sentyabr) koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, həmin müddətdə infeksiyaya 130 yeni yoluxma faktı qeydə alınıb.
COVID-19-a yoluxan 108 nəfər sağalıb. Həftə ərzində analiz cavabı müsbət çıxan 2 nəfər ölüb.
İndiyədək ölkədə ümumilikdə 832 312 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 821 881 nəfər müalicə olunaraq sağalıb, hazırda 129 aktiv xəstə var. Bu günə qədər 10 302 nəfər vəfat edib.
Məlumata görə, son həftə ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 744, bu günə qədər isə ümumilikdə 7 674 567 test icra olunub.
Eyni zamanda ölkədə son həftə ərzində 374 nəfər vaksinasiya olunub.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı isə 13 969 301 olub.
-
Azərbaycanda Qələbə Günü qeyd olunur
...
-
Abşeronda Heydər Əliyevlə bağlı tədbir keçirildi - Fotolar
...
-
Tələbələr arasında keçirilmiş müsabiqə-festivalın yekun konserti olub
...
-
Qələbə Gününün havası
...
-
AHİK tərəfindən 2023-cü ilin ən yaxşı müəssisələri mükafatlandırılıb
...
-
DSX-nın akademiyasında “Heydər Əliyev müasir Azərbaycan Respublikasının memarıdır” mövzusunda konfrans keçirilib
...
-
Heydər Əliyev Fondu - 20 il!
...
-
Sabah da yağış yağacaq
...
-
Sərhədçilər “Heydər zirvəsi”nə yürüş təşkil ediblər - VİDEO
...
-
Elçin Quliyev III Çarlzla bir arada - Fotolar
...