Qızıldaş qəsəbəsində yeni istirahət parkının açılışı - Fotolar

17:12 05-09-2023 | icon 784
Qızıldaş qəsəbəsində yeni istirahət parkının açılışı - Fotolar

Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev”ili elan edilməsi ilə bağlı Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən bir sıra tədbirlər keçirilib.

Keçirilən tədbirlər çərçivəsində Qızıldaş qəsəbəsi, 180 nömrəli tam orta məktəbin yanında sahəsi təxmini 2 hektar olan boş ərazidə yeni park salınıb.

Əhalinin asudə vaxtlarının keçirilməsi məqsədi ilə salınmış yeni istirahət parkının 5 sentyabr 2023-cü il tarixində açılışı olub.

Qeyd edək ki, salınmış istirahə parkında hər birinin sahəsi 9 kv.m olan 4 söhbətgah, 512 kv.m. ölçüdə 1 mini futbol stadionu (32mx16m), 13 ədəd taxta oturacaq, 10 ədəd urna (tullantı qabı), içərisində uşaqların oynaması üşün müxtəlif yelləncəklər və s. olan meydança quraşdırılıb.

 
 

Eyni zamanda həmin əraziyə 6800 kv.m.asfalt örtüyü vurulub, 25 zeytun ağacı əkilib, 2600 ədəd dekorativ ağac, 480 ədəd mövsümi çiçək, 30 ədəd dekorativ şar formalı ağac, 15 ədəd böyük dekorativ ağac, 150 ədəd oleandr kolu əkilmiş və 480 kv.m. yaşıl ot örtüyü salınıb.

Parkda ümumilikdə 1176 kv.m. hörgü işləri, 1820 kv.m. suvaq işləri, 2600 kv.m. emulsiya ilə rəngləmə işləri görülüb.

Həmçinin 1450 u/m yolda cizgi (xətləmə) işləri görülüb, (50 sm) -2220 u/m səki bardürü düzülüb, 6 ədəd (12 plafon) işıq dirəyi basdırılıb,  2 ədəd projektor quraşdırılıb, 380  kv.m. üzlük aqlay işləri, 408 kv.m. yağlı boya işləri,  400 u/m su xətti (dm=20) çəkilib.

Əlavə olaraq  212 kv.m. dəmir tor məhəccərlər və 1 ədəd su çəni quraşdırılıb.

 

 








Digər xəbərlər

0.26381802558899