Əliqismət Lalayev beynəlxalq festivalın münsiflər heyətində...

08:51 08-09-2023 | icon 726
Əliqismət Lalayev beynəlxalq festivalın münsiflər heyətində...

Sentyabrın 8-dən 16-dək Azərbaycan Dövlət Akademik Musiqili Teatrının
direktoru Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev Belarusun
Brest şəhərində keçiriləcək XXVII Beynəlxalq “Belaya veja” Teatr Festivalının
münsiflər heyətində iştirak edəcək.
Rusiya, Bolqarıstan, Qazaxıstan, Sloveniya, Özbəkistan və digər dövlətlərin
mədəniyyət, incəsənət və teatr nümayəndələrini birləşdirən ənənəvi festivalda həm
də Musiqili Teatrın yeganə mono-tamaşası – "Utancaq qız" (F.Dostoyevski)
oynanılacaq.
Səhnə əsəri 10 sentyabr saat 18:00-da tanınmış aktyor, Əməkdar artist Şövqi
Hüseynovun ifasında Brest Akademik Dram Teatrının səhnəsində təqdim
olunacaq. Quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, ideya müəllifi
Əliqismət Lalayev olan bu səhnə əsəri indiyə qədər bir çox nüfuzlu beynəlxalq
teatr festivallarında mükafatlara layiq görülüb.


Digər xəbərlər

0.26597309112549