Musiqili Teatrın aktrisası Özbəkistanın rəsmi bayram tədbirlərində iştirak etdi
Azərbaycan Dövlət Akademik Musiqili Teatrının istedadlı solisti Eleonora
Mustafayeva Özbəkistan Respublikasının milli bayramı – Müstəqillik Günü
münasibətilə Daşkənddə keçirilən təntənəli mərasimdə iştirak edib.
Beş gün davam edən silsilə tədbirlərdə ölkəmizi layiqincə təmsil edən
aktrisa türkdilli ölkələrin tanınmış opera müğənniləri – Şirin Mamatova
(Özbəkistan), Zarina Altınbayeva (Qazaxıstan), Demet Gürkan (Türkiyə), Zaira
Raimbəyova (Qırğızıstan), Ayna Seyirkuleva (Türkmənistan) ilə eyni səhnəni
bölüşüb.
Eleonora xanım Özbəkistanın simfonik orkestrinin müşayiəti ilə
"Azərbaycan elləri" (Fikrər Əmirov) mahnısını oxuyub.
Sonda "Sopranoların paradı"nda səhnəyə çıxan vokalçılar "Silva" (İmre
Kalman) operasından bir parça ifa ediblər.
Qeyd edək ki, aktrisa bu tədbirə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı –
TURKSOY-un dəvəti ilə qatılıb.
-
Qətərdə Azərbaycan musiqiləri səsləndi - Fotolar
...
-
"21-ci möcüzə” filminin təqdimatı keçirilib
...
-
“Mehriban Əliyevanın dəstəyi olmasaydı, ən yaxşı halda bu gün əlil ola bilərdim”
...
-
Cavanşir Quliyev səhhətindən danışdı - Video
...
-
Türkiyə istehsalı “Lohusa” komediyası “CinemaPlus”da - VİDEO
...
-
Akademik Musiqili Teatrda “Aysedora” monotamaşasının premyerası olacaq
...
-
“Kurdlar Vadisi” ekranlara qayıdır...
...
-
“Fəlakət” Türkiyənin “Ben bu cihana sığmazam” serialında - Foto
...
-
“Apatiya” filminin qala gecəsi baş tutub
...
-
“CinemaPlus” Ümummilli Liderin səfərləri haqqında filmlərə dəstək olub - VİDEO
...