Qaradağda növbəti səyyar qəbul keçirildi - Fotolar

18:08 08-09-2023 | icon 614
Qaradağda növbəti səyyar qəbul keçirildi - Fotolar

Sentyabrın 8-də Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirilib.

Qəbulda Milli Məclisin deputatı Aydın Hüseynov, Sanqaçal qəsəbə sakinləri, həmçinin rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər.

 
 
 

Keçirilmiş səyyar qəbulda 50-ə yaxın qəsəbə sakinləri iştirak edib. Sakinlərdən 10 nəfəri fərdi qaydada dinləyən Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlarını verib, bəzi müraciətlər yerindəcə həll edilib.

Qeyd edək ki, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov tərəfindən digər qəsəbələrdə də əhali ilə görüşlər davam etdirilir.

 

 





Digər xəbərlər

0.27507185935974