“Azeri Light”ın qiyməti 98 dollara çatır

11:58 09-09-2023 | icon 1278
“Azeri Light”ın qiyməti 98 dollara çatır

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti yenidən bahalaşıb.

 Azərbaycan neftinin 1 bareli üzrə qiyməti ötən günlə müqayisədə 0,65% və ya 0,63 dollar artaraq 97,06 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dollar qeydə alınıb.


Digər xəbərlər

0.28132390975952