Hacıqabul rayonunda ali təhsil müəssisələrinə qəbul olan tələbələrlə görüş keçirilib
08 sentyabr 2023-cü il tarixində Hacıqabul rayon İcra Hakimiyyətində yüksək balla ali təhsil müəssisələrinə qəbul olan tələbələrlə görüş keçirilmiş və rayonun ümumtəhsil müəssisələrinin 2022-2023-cü tədris ilində qazandığı uğurlar müzakirə edilmişdir. İlk öncə Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov və tələbə adını qazanmış məzunlar tərəfindən Ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunmuşdur.
Daha sonra Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov çıxış edərək tələbə adını qazanmış gəncləri təbrik etdi, onlara təhsildə və gələcək həyatlarında uğurlar arzuladı, yüksək bilikli mütəxəssis olmağı və layiqli vətəndaş kimi yetişməyi tövsiyə etdi. Tədbirdə ölkə başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təhsilin inkişafını həmişə diqqətdə saxladığı, həmçinin, bu istiqamətdə mühüm tədbirlərin həyata keçirildiyi vurğulandı.
Qeyd edək ki, 2023-cü ildə Hacıqabul rayonu üzrə 11-ci sinfi bitirən 587 nəfər məzundan 393 nəfəri ali məktəblərə sənəd vermiş, onlardan 240 nəfəri ali məktəblərə qəbul olunmuşdur. Qəbul olunanlardan 22 nəfəri imtahanlarda 500 baldan, 6 nəfəri isə 600 baldan yüksək nəticə göstərmişdir. Bundan əlavə cari ildə əvvəlki illərin məzunlarından 10 nəfəri tələbə adını qazanmışdır.
Tədbirin sonunda qəbul imtahanlarında 600 baldan yuxarı nəticələr əldə edərək fərqlənmiş məzunlara mükafatlar təqdim olunmuşdur.
-
Strateji tərəfdaşlıq və əməkdaşlığımız formalaşır
...
-
Əməkdaşlığın müsbət dinamikası
...
-
Səmərəli siyasi dialoq
...
-
Strateji tərəfdaşlıq münasibətləri genişlənir
...
-
Səttar Möhbalıyev: “Azərbaycan-Bolqarıstan əməkdaşlığında bütün sahələr üzrə göstəricilər yüksəlir”
...
-
"Talassemiyasız həyat naminə" layihəsi çərçivəsində gənclər ilə görüş keçirilib -FOTOLAR
...
-
Avropanın enerji təhlükəsizliyinin təminatında ölkəmiz mühüm rola malikdir
...
-
Azərbaycandakı əlverişli mühit iqtisadi əlaqələrin genişləndirilməsinə təkan verir
...
-
İkitərəfli münasibətlər genişlənir
...
-
Əməkdaşlığın əlamətdar istiqamətləri
...