AFFA İrəvandakı təxribatla bağlı UEFA-ya müraciət edəcək

23:15 11-09-2023 | icon 1179
AFFA İrəvandakı təxribatla bağlı UEFA-ya müraciət edəcək

Futbol üzrə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində İrəvanda keçirilən Ermənistan-Xorvatiya matçında meydan sahibləri təxribata əl atıb. Belə ki, matçın ilk hissəsinin sonlarına doğru meydanda dronla Qarabağdakı qondarma rejimin “bayrağı” uçurdulub.

İrəvandakı təxribatla bağlı AFFA UEFA-ya müraciət edəcək.

 
 

Bu barədə qurumun mətbuat katibi Elnur Məmmədli bildirib:

“Ermənilər indi də AÇ-2024-ün seçmə mərhələsinin İrəvanda keçirilən Ermənistan - Xorvatiya oyununda təxribata əl atıblar. Bu dəfə dronla qondarma rejimin  "bayrağı"nı qaldırıblar. Bu  qəbuledilməz hadisə ilə bağlı AFFA UEFA-ya müraciət edəcək”.

 

 
 
 

Digər xəbərlər

0.22160696983337