Qaradağda yüksək bal toplayan tələbələrlə görüş - Fotolar

14:30 12-09-2023 | icon 684
Qaradağda yüksək bal toplayan tələbələrlə görüş - Fotolar

Sentyabrın 12-də Qaradağ Rayon İcra Hakimiyyətində 2022-2023-cü tədris ilində ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamış məzunların mükafatlandırma tədbiri keçirilib.

Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, müavinlər, YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, məktəb direktorları və ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamış məzunlar iştirak edib.

Süleyman Mikayılov ali məktəblərə qəbul imtahanlarında yüksək nailiyyətlə tələbə adını qazananları təbrik edərək onlara şəxsi həyatlarında və təhsildə uğurlar arzulayıb. Qeyd edib ki, ölkəmizdə əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən milli təhsil quruculuğu və islahatları öz töhfəsini verməkdədir. Məktəb binalarının inşası, təhsil müəssisələrinin maddi-tədris bazalarının möhkəmləndirilməsi, informasiya və kommunikasiya texnologiyaları ilə təmin edilməsi təhsilin keyfiyyətinə də öz müsbət təsirini göstərir.

 
 

Vurğulanıb ki, Heydər Əliyev Fondunun bu sahədə gördüyü işlər misilsizdir. Hər il rayon üzrə ali məktəblərə qəbul olan, 600-dən çox bal toplamış, tələbə adını qazanan məzunlar dövlətimiz tərəfindən təhsilə göstərilən diqqətin nəticəsidir.

Qaradağ rayonu üzrə orta məktəbi 1 nəfər qızıl medala layiq görülməklə 1731 nəfərin bitirdiyini, ali məktəblərə keçirilən qəbul imtahanlarında iştirak edən 1138 abituriyentin 62.4 faizi, yəni 710 nəfəri tələbə adını qazandığı, onlardan 21 nəfərin isə 600-dən çox bal topladıqları diqqətə çatdırılıb.

Lökbatan qəsəbəsindəki 166 nömrəli tam orta məktəbi qızıl medalla bitirmiş Əlpaşayev Aqil Zahid oğlu Fənn Olimpiadalarının Respublika turunda tarix fənni üzrə birinci yerə layiq görülərək imtahansız Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Politologiya” fakültəsinə daxil olub.

Bu il Qaradağ rayonunda ən yüksək nəticəni Sahil qəsəbəsindəki 228 nömrəli tam orta məktəbin şagirdi 674 balla Fətullayev Oruc göstərib.

 

 



Digər xəbərlər

0.3416211605072