Səttar Möhbalıyev: ”Ağdam-Xankəndi yolundan istifadə ölkəmizin növbəti qələbəsidir”

11:14 13-09-2023 | icon 771
Səttar Möhbalıyev: ”Ağdam-Xankəndi yolundan istifadə ölkəmizin növbəti qələbəsidir”

“Tarixən belədir ki, xalqın özü yox, başqaları tərəfindən yaradılıb ortaya atılan
dövlətlər heç zaman müstəqil yaşaya bilmir, kimlərinsə əlində alətə çevrilir,
təcavüzkar xislətə malik olurlar. Təbii ki, belə qurama dövlətlərin fəaliyyətindən
ən çox ziyan çəkənlər də onun qonşuları olur. Mövcud olduğu vaxtdan
Ermənistanın davranışlarına baxdıqda bunu aydın görmək olur. Tarixi Azərbaycan
torpaqlarında quraşdırılan bu dövlət Cənubi Qafqazda hər zaman təhlükə mənbəyi
olub, qonşularına problemlər yaşadıb, soyqırımılar törədib. Otuzillik işğala son
qoyulduqdan keçən 3 il müddətdə Ermənistanın hələ də sülhə gəlməməsinin
kökündə də mahiyyət etibarı ilə məhz bu amillər dayanır. Azərbaycanın
münasibətlərin normalaşması istiqamətində atdığı addımlara baxmayaraq, məğlub
ölkə bundan boyun qaçırır, əldə olunmuş razılaşmalardan geri çəkilir, siyasi və
hərbi təxribatlar törədərək öhdəlikləri yerinə yetirmir, yenə də işğal xəyalları ilə
yaşayır. Son günlər şərti sərhəddə Ermənistanın məğlub və fərari ordusunun
törətdiyi hərbi təxribatlar da bilavasitə bunların davamıdır”.
Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar
Möhbalıyev deyib.

“Ermənistan Laçın yolundan qanunsuz hərbi və digər çirkin məqsədlər üçün
istifadə etdiyinə görə, bu ilin aprel ayında Azərbaycan yolda normal və
nümunəvi şəkildə fəaliyyət göstərən sərhəd-buraxılış məntəqəsini qurdu:
“Bunu həzm edə bilməyən Ermənistan bütün qarayaxmalardan istifadə etdi,
real vəziyyəti gizlədərək Azərbaycan əleyhinə yalan və böhtan xarakterli
təbliğat apardı, hətta hərbi təxribata belə getdi. Həmçinin sərhədə "humanitar

konvoy" göndərərək beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışdı. Bölgədə
"blokada" və "humanitar böhran"ın olması ilə bağlı əsasız ittihamlar
səsləndirdi, şoular düzəltdi. Bizim təklif etdiyimiz Ağdam-Xankəndi
yolundan isə birmənalı şəkildə imtina edirdi. Elə düşünürdü ki, guya
Azərbaycanı geri çəkilməyə məcbur edə biləcək. Amma unutdu ki, döyüş
meydanında böyük hərbi qələbə qazanan Azərbaycanı, ümumiyyətlə, siyasi
müstəvidə məğlub etmək mümkün deyil. Ermənistanın bütün cəhdlərinə
baxmayaraq, Qarabağın erməni sakinlərinin ehtiyaclarının qarşılanması üçün
təklif etdiyimiz Ağdam-Xankəndi yolundan istifadə artıq reallığa çevrilib.
Azərbaycan sübut etdi ki, bura Azərbaycan ərazisidir və yolun haradan
keçəcəyi barədə qərarı da o verir. Ermənistanın mənasız və əsassız çabaları
isə Azərbaycanın daxili işlərinə qarışmaqdır ki, digər iddiaları kimi, mütləq
iflasa uğrayacaq. O ki qaldı havadarlarının dəstəyinə bu məsələdə də
Azərbaycan sübut edib ki, onunla heç kim təzyiq dili ilə danışa bilməz”, -
AHİK sədri bildirib.

Səttar Möhbalıyev əlavə edib ki, Ermənistanın xüsusən son zamanlar bölgəyə
yad olan qüvvələr gətirməsi, sərhəddə hərbi təxribatlara əl atması, qoşun
cəmləməsi, Xankəndindəki “prezident seçkiləri” oyunları onun özü üçün yaxşı
heç nə vəd etmir və baş verəcək hadisələrə görə məsuliyyət adaşıyır.


Digər xəbərlər

0.21827292442322