Azərbaycan Minifutbol Federasiyasının prezidenti “Zirə” PFK-nın minifutbol komandası ilə görüşüb

20:52 13-09-2023 | icon 871
Azərbaycan Minifutbol Federasiyasının prezidenti “Zirə” PFK-nın minifutbol komandası ilə görüşüb
Azərbaycan Minifutbol Federasiyasının (AMF) prezidenti və “Zirə” Peşəkar Futbol Klubunun Müşahidə Şurasının sədri Orxan Məmmədov Minifutbol üzrə Avropa Çempionlar Liqasında uğurla çıxış edərək Vətənə bürünc medalla qayıdan “Zirə” PFK-nın minifutbol komandası ilə görüşüb.
 
Komandanın nailiyyətini yüksək qiymətləndirən Orxan Məmmədov futbolçuları təbrik edib və növbəti yarışda onlardan daha yaxşı nəticə gözlədiyini vurğulayıb.
 
Daha sonra baş məşqçi Elşad Quliyevin yarışla bağlı hesabatı dinlənilib.
 
Sonda komanda üzvləri ilə xatirə şəkili çəkdirilib.
 

Digər xəbərlər

0.22059297561646