Azərbaycan əhalisinin sayı açıqlanıb

20:58 13-09-2023 | icon 520
Azərbaycan əhalisinin sayı açıqlanıb

Əhalinin son siyahıyaalınmasının nəticəsi əsasında 2023-cü il avqust ayının 1-i vəziyyətinə hesablanmış əhalinin sayı 10 157 406 nəfər təşkil edib.

Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Qeyd edilib ki, əhalinin ümumi sayında şəhər əhalisinin xüsusi çəkisi 54,6 faiz, kənd əhalisinin xüsusi çəkisi 45,4 faiz, kişilərin xüsusi çəkisi 49,8 faiz, qadınların xüsusi çəkisi isə 50,2 faiz olub.


Digər xəbərlər

0.23996186256409