Qaradağda məktəblilərlə görüş - Fotolar
Sentyabrın 14-də Qaradağ Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində şəhid ailələrinin və qazilərin uşaqlarına, valideyn himayəsindən mərhum olmuş və qohumları tərəfindən qəyyumluq və himayəçiliyə götürülmüş uşaqlara, İraq və Suriyadan Azərbaycana repatriasiya edilən, aztəminatlı ailələrin uşaqlarına məktəbli formaları və ləvazimatları təqdim olunub.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Həsrət Almasov, aparatın məsul işçiləri, qazilər, məktəblilər iştirak edirblər.
Təranə İsmayılova çıxışında uşaqlarımızın dövlət tərəfindən daim diqqət və qayğı ilə əhatə olunduqlarını qeyd edib. Ulu öndər Heydər Əliyevin respublikamızın ən çətin günlərində də “Mənim üçün ən əziz nemət Azərbaycanın uşaqlarıdır, Azərbaycanın gəncləridir. Çünki Azərbaycan Prezidenti kimi mən bu gün haqqında yox, Azərbaycanın böyük gələcəyi haqqında düşünürəm” sözlərini diqqətə çatdırıb.
Ulu öndərin ölməz ideyalarının layiqli davamçısı, Prezident İlham Əliyev hər bir vətəndaşın zəruri istək və arzularının gerçəkləşməsinə, problemlərinin həllinə dəstək verdiyini vurğulayıb.
Tədbirin sonunda yeni tədris ili ərəfəsində rayonumuzun imkansız, maddi durumu ağır olan ailələrinin orta ümumtəhsil məktəblərində təhsil alacaq şagirdlərə yeni məktəbli formaları və ləvazimatları təqdim olunub.
-
Sərhədçilər “Heydər zirvəsi”nə yürüş təşkil ediblər - VİDEO
...
-
Elçin Quliyev III Çarlzla bir arada - Fotolar
...
-
Professor İbrahim Cəfərovun “Bitki xəstəlikləri və onların idarə edilməsi” kitabı çap edilib - FOTO
...
-
DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil etdi
...
-
Yağış yağacaq - Faktiki hava açıqlandı
...
-
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib
...
-
Mədəniyyətlərarası dialoq uğurlu platformadır
...
-
Postmüharibə dövrünün reallıqları
...
-
Azərbaycanın təklifləri qəbul olunmalıdır
...
-
Çoxtərəfliliyə sadiqlik
...