Səttar Möhbalıyev: “Yaxın gələcəkdə bütün məcburi köçkün uşaqları öz yurdlarında məktəbə gedəcəklər”

14:41 15-09-2023 | icon 599
Səttar Möhbalıyev: “Yaxın gələcəkdə bütün məcburi köçkün uşaqları öz yurdlarında məktəbə gedəcəklər”

“Şagirdlər yeni tədris ilinə qədəm qoyur. İnanırıq ki, təhsilalanlar əvvəlki illərdə
olduğu kimi, bu tədris ilində də keçirilən fənləri dərindən mənimsəyəcək, öz
biliklərini daha da artıracaq, onların hərtərəfli təhsil alması, Vətənimizə layiqli
övlad kimi yetişməsi üçün yaradılmış şəraitdən səmərəli istifadə edəcəklər. Bu gün
ölkəmizdə uşaqların təhsilə marağının artırılması, istedadlı və bacarıqlı uşaqların
müəyyənləşdirilməsi, potensiallarının inkişafı, bilik və bacarıqlarını nümayiş
etdirmələri üçün bir sıra layihələr və dövlət proqramları uğurla icra olunur. Məhz
bunun nəticəsidir ki, şagirdlərimizin göstəriciləri ildən-ilə yüksəlir, istər ölkəmizdə
təşkil olunan fənn olimpiadalarında, istərsə də beynəlxalq bilik yarışlarında böyük
nailiyyətlər qazanırlar”.
Bu fikirləri mətbuata açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
Onun sözlərinə görə, dövlətimizin başçısı cənab İlham Əliyevin xüsusi diqqət
yetirdiyi sahələrdən biri də təhsildir: “Məhz Prezidentimizin rəhbərliyi ilə
ölkəmizdə məktəbəqədər, ümumi və ali təhsilin inkişafı istiqamətində həyata
keçirilən islahatlar nəticəsində təlim-tədris işi daha da yaxşılaşdırılıb, təhsilin
müasir dövrün tələblərinə uyğunlaşdırılmasına nail olunub. Bu gün ölkəmizin hər
yerində, o cümlədən işğaldan azad edilmiş Şərqi Zəngəzur və Qarabağda təhsil
müəssisələrinin əsaslı şəkildə təmir olunması, yeni məktəb binalarının, uşaq
bağçalarının inşası prosesi uğurla davam etdirilir, lazımi avadanlıqla təchiz
olunur”.
“Uşaqların təlim-tərbiyəsində, onların bilikli, milli vətənpərvərlik ruhunda tərbiyə
almasında, cəmiyyətimiz və dövlətimiz üçün faydalı, sağlam əhval-ruhiyyədə

yetişməsində əziz müəllimlərimizin xidməti danılmazdır. Onlar mənalı və şərəfli
ömürlərini bu yolda xərcləyirlər. Dövlətimiz tərəfindən müəllimlərin fəaliyyəti hər
zaman yüksək qiymətləndirilir, əməkhaqlarının artırılması, sosial müdafiəsinin
gücləndirilməsi istiqamətində mühüm addımlar atılır, təhsil işçilərinin
mükafatlandırılması, fəxri adlarla təltif edilməsi haqqında sərəncamlar verilir.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü olan
genişmiqyaslı proqram və layihələrin sırasında ölkəmizin təhsil sisteminin inkişafı,
modernləşdirilməsi, dünya təhsil sisteminə inteqrasiyası əhəmiyyətli yer tutur.
Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı xüsusi
qeyd edilməlidir. Məhz bu proqramın başlanması nəticəsində son illər ərzində
ölkəmizdə minlərlə məktəb əsaslı təmir olunub və ya yenidən tikilib”.
AHİK sədri əlavə edib ki, artıq işğaldan azad edilmiş ərazilərimizdə də həyat
canlanır, ata-baba yurduna qayıdan uşaqlar öz məktəblərində təhsil almağa
başlayıblar: “Bu tədris ilində də ilk dəfə öz yurdunda məktəbə gedən şagirdlər var.
Bu, bizim hər birimizi fərəhləndirir. İnanırıq ki, yaxın gələcəkdə bütün məcburi
köçkün həyatı yaşayan balalarımız öz Vətənlərinə qayıdacaq və orada təhsillərini
davam etdirəcəklər”.


Digər xəbərlər

0.33901906013489