ORTA MƏKTƏB KOLLEKTİVİ CƏBHƏ BÖLGƏSİNDƏ XİDMƏT EDƏN ƏSGƏRLƏRİN NOVRUZ BAYRAMINI TƏBRİK ETDİ

09:59 06-04-2017 | icon 4450
ORTA MƏKTƏB KOLLEKTİVİ CƏBHƏ BÖLGƏSİNDƏ XİDMƏT EDƏN ƏSGƏRLƏRİN NOVRUZ BAYRAMINI TƏBRİK ETDİ

Xalqımızın ən əziz bayramlarından olan Novruz Bayramı ərəfəsində Nəsimi rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayon ictimaiyyətinin nümayəndələri və respublikamızın populyar incəsənət xadimləri cəbhə bölgəsində, birbaşa düşmənlə üz-üzə mövqelərdə dayanmış, Müdafiə Nazirliyinin Goranboy rayonundakı «N» saylı hərbi hissədə xidmət edən əsgər və zabitlərinin görüşünə gəlmişlər. Qonaqlar hərbi hissə komandanlığı ilə birlikdə əvvəlcə ön cəbhə xəttindəki səngərlərdə, Azərbaycan Respublikasının Milli Qəhrəmanı Mübariz İbrahimovun adını daşıyan “Mübariz postu” nda olmuş, burada əsgərlərimizin xidməti, məişət şəraiti ilə maraqlanmış, əsgərlərlə söhbətlər aparmış, onlara bayram sovqatları çatdırmışlar. Məktəbimizin kollektivi də, hər zaman olduğu kimi bu xeyirxah işdən kənarda qalmamışdır. Məktəbimizin direktoru E.Məmmədova kollektivimizin hazırladığı bayram xonçalarını, müxtəlif ləvazimatları və məktəblilərin əsgərlərə ünvanladıqları məktubları əsgərlərə təqdim etmişlər.

 

Digər xəbərlər

0.27831101417542