Hacı Əliyev mübarizəyə qoşulur, 3 güləşçimiz medal görüşünə çıxır


Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatı davam edir. Bu gün Azərbaycanın daha iki sərbəst güləşçisi mübarizəyə başlayacaq.
Üçqat dünya və üçqat Avropa çempionu Hacı Əliyev (65 kq) təsnifat mərhələsində Çin təmsilçisi Şauhua Yuanla üz-üzə gələcək.
Maqomedxan Maqomedov (97 kq) 1/16 finalda serbiyalı Strahinya Despiçlə qarşılaşacaq.
Qadın güləşçilərdən isə Alyona Kolesnik (59 kq) 1/8 finalda Bolortuya Xurelxuu (Monqolustan)/Kristina Sazikina (Belarus, neytral status) cütünün qalibi ilə görüşək.
Bu gün həmçinin daha üç sərbəst güləşçi medal qarşılaşmasına çıxacaq. Osman Nurmaqomedov (92 kq) finalda qazaxıstanlı Rizabek Aytmuxanla güləşəcək. Turan Bayramov (74 kq) və Orxan Abbasov (79 kq) bürünc medal uğrunda güləşəcəklər. Onların rəqibləri təsəlliverici duellərdən sonra bəlli olacaq. Bayramov Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya da əldə edə bilər.
Qeyd edək ki, dünya çempionatı sentyabrın 24-də başa çatacaq.
-
Bu gün Azərbaycan Kubokunda II təsnifat mərhələsi başlayır
...
-
Qurban Qurbanova həsr edilmiş film təqdim olunub
...
-
Prezident Təlim-Məşq Mərkəzində yaradılan şəraitlə tanış oldu - Fotolar
...
-
Deputatlarımız futbol oynadı, medal qazandı
...
-
ABL: "Neftçi" "Sabah"a qalib gəlib
...
-
Naxçıvanda "Heydər Əliyev İli"nə həsr olunmuş yeniyetmələr arasında boks üzrə muxtar respublika birinciliyinin final görüşləri keçirilib
...
-
“Qarabağ” bu gün “Sabah”la qarşılaşır
...
-
“Qarabağ”ın oyunu ilk dəfə Laçın kinoteatrında
...
-
PFL Premyer Liqada iki oyunun saatını dəyişdi
...
-
De Byazi millimizdən ayrıldı
...