Səmərəli əlaqələrin siyasi göstəriciləri

16:27 18-09-2023 | icon 409
Səmərəli əlaqələrin siyasi göstəriciləri

Mərkəzi Asiya və Azərbaycan artan iqtisadiyyatı, demoqrafiyası və geosiyasi
potensialı ilə dünya siyasətində strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni
coğrafi regiondur. Otuz ildən artıqdır ki, biz müstəqil dövlətlər kimi həm ikitərəfli, həm
çoxtərəfli formatda fəal şəkildə qarşılıqlı fəaliyyət aparırıq, bir-birimizin müstəqilliyini,
suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik, iqtisadi əlaqələri fəal şəkildə inkişaf
etdiririk.
Prezident İlham Əliyevin cari ilin 14 sentyabr tarixində Düşənbədə Mərkəzi
Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşü çərçivəsində çıxışında da demişdir ki,
çoxtərəfli əməkdaşlığın mühüm meyarlarından biri qarşılıqlı ticarətin və sərmayələrin
artımıdır. Sevindirici haldır ki, həmin iki istiqamət üzrə göstəricilər davamlı artıma
malikdir. Keçən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 3 dəfədən
çox, bu ilin 7 ayı ərzində isə daha 50 faiz artıb.
Birgə sərmayə fondları yaradılıb, növbəti 3 il üzrə 1 milyard dollardan artıq
qarşılıqlı sərmayələrin həcmi razılaşdırılıb. Biz artıq sənaye əməkdaşlığı,
maşınqayırma, avtomobil sənayesi, gəmiqayırma, kənd təsərrüfatı, xüsusən də
pambıqçılıq, ipəkçilik, bağçılıq və heyvandarlıq sahələrində çoxsaylı layihələri həyata
keçiririk. Mehmanxana işi və turizm sahəsindəki sərmayə layihələri ilk icra
mərhələsindədir. Mərkəzi Asiyadan olan şirkətlərin Azərbaycanda yaradılmış Ələt
Azad İqtisadi Zonasına maraqları artır.
Bu səfər zamanı əldə edilən razılaşmalar çoxşaxəli tərəfdaşlığı yeni məzmunla
zənginləşdirəcək, daha yüksək və keyfiyyətli səviyyəyə çıxaracaq. Bu gün bizim
siyasi dialoqumuz çərçivəsində həm ikitərəfli, həm də regional və beynəlxalq
xarakterli məsələlərin geniş spektoru üzrə konstruktiv və maraq doğuran fikir
mübadiləsi aparıldı. Yeni razılaşmalar sənaye, energetika, nəqliyyat, aqrar sektor və
turizm kimi iqtisadiyyatın baza sektorlarında uzunmüddətli əməkdaşlıq formalarının
inkişafına təkan verəcək. Danışıqların nəticələrinə görə, imzalanan sənədlər
zamanın tələbidir və əməkdaşlığın əsas sahələrini əhatə edir.
Səfər zamanı mədəni-humanitar əlaqələrin inkişafı məsələlərinə müvafiq
diqqət ayrıldı. Təhsil, elm, mədəniyyət, incəsənət, turizm və qarşılıqlı maraq doğuran
digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyi qeyd olundu.
Bütövlükdə demək istərdim ki, biz baş tutan dialoqdan razı qaldıq. Regional
əməkdaşlığın yeni formatı ölkələrimizin və xalqlarımızın daha da yaxınlaşmasına
zəmin yaradacaq.

Xumarə Xəlilova
Cəlilabad RİH-nin əməkdaşı


Digər xəbərlər

0.25871801376343