Dostluğun və qardaşlığın əyani təzahürü

16:28 18-09-2023 | icon 575
Dostluğun və qardaşlığın əyani təzahürü

Son iki il ərzində Prezident İlham Əliyev Mərkəzi Asiya dövlətlərinə doqquz
səfər etmişdir. Eyni zamanda, bu müddət ərzində bütün qardaş dövlətlərin başçıları
Azərbaycana səfərlər ediblər.
Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 14-d Düşənbədəki çıxışında
bildirib ki, bu gün ölkələrimiz arasında qardaşlıq münasibətlərinin uğurlu inkişafı
məhz 1990-cı illərin əvvəllərindəki fəaliyyətin nəticəsidir. O vaxt həm Tacikistan, həm
də Azərbaycan böyük çətinliklərlə üzləşmişdi, ölkələrimizdə ictimai-siyasi sabitlik
pozulmuşdu, təəssüf ki, həm Tacikistanda, həm də Azərbaycanda vətəndaş
müharibəsi gedirdi. Ən dəhşətli müharibə qardaş qırğınıdır. Həm Prezident Emomali
Rəhmon, həm də Prezident Heydər Əliyev, – hərəsi öz ölkəsində, - qanlı səhifəni
çevirmək və ölkələrimizi inkişaf yoluna çıxarmaq üçün nə mümkündürsə etdilər və
buna nail oldular.
Tacikistanla Azərbaycan arasında diplomatik münasibətlər 29 may 1992-ci ildə
qurulub. 2007-ci ilin avqust ayında Azərbaycan Respublikasının Tacikistan
Respublikasında, 2008-ci ildə isə Tacikistanın Azərbaycanda səfirliyi fəaliyyətə
başlayıb. 8 may 1998-ci ildə ümummilli lider Heydər Əliyevin 75 illik yubileyi
çərçivəsində Tacikistan baş naziri müavininin başçılıq etdiyi nümayəndə heyəti
Bakıda səfərdə olub. 1996-1999-cu illərdə "BMT ilə ATƏT arasında əməkdaşlıq
haqqında" qətnamə layihəsində Azərbaycanın Dağlıq Qarabağ regionunun
Azərbaycan Respublikasına mənsubluğunu təsdiqləyən, mühüm əhəmiyyət kəsb
edən düzəliş Tacikistan tərəfindən dəstəklənib. Hər iki ölkə beynəlxalq və regional
təşkilatlar, xüsusilə İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində sıx əməkdaşlıq edir.
Bu gün Tacikistan və Azərbaycan iki sabit dövlətdir. Bu gün öz regionumuzda və
bütövlükdə dünyada qeyri-sabitlik ocaqlarını görəndə, zənnimcə, hər kəs anlayır ki,
sabitlik inkişafın əsasıdır, təhlükəsizliyin əsasıdır. Bizim bugünkü uğurlu inkişafımız
göydən düşməyib, bunun arxasında məhz böyük liderlərin, xalqlarımızın liderlərinin
əməyi durur. Onlar özləri üçün, öz həyatları üçün riskə gedərək dinc və uğurlu
inkişafı təmin etmək naminə əllərindən gələni ediblər.
Bu gün Azərbaycan və Tacikistan müstəqil xarici siyasət kursu yürüdən, öz
resurslarına güvənən, sosial-iqtisadi inkişafda böyük uğurlar qazanmış qüdrətli
müstəqil dövlətlərdir.
Nizami İsmayılov
Cəlilabad rayon Günəşli kənd 1 saylı tam orta məktəbin direktoru


Digər xəbərlər

0.23180603981018