Birgə tədbirlərin səmərəliliyi daha da artacaq
Azərbaycan Prezidenti 14 sentyabr 2023-cü ildə Düşənbədə keçirilmiş Mərkəzi
Asiya dövlətləri başçılarının məşvərət toplantısında fəxri qonaq sifətilə iştirak edib.
Bu səfərin məqsədi ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da
inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə
töhfə verməkdir. Azərbaycanın Mərkəzi Asiya dövlətləri arasında Tacikistanla
münasibətləri də xüsusi əhəmiyyətə malikdir.
Vətən müharibəsindən sonra Azərbaycanın nəqliyyat-logistika imkanlarının
genişlənməsi, Zəngəzur dəhlizinin reallaşdırılması məsələsi ölkəmizi Şərqlə Qərb
arasında mühüm nəqliyyat qovşağına çevirib. Təsadüfi deyil ki, bu gün Mərkəzi
Asiya ölkələrindən, bir qədər də uzağa getsək, Çindən Avropaya gedən ən qısa və
təhlükəsiz tranzit daşımalar məhz ölkəmizin ərazisindən həyata keçirilir, bu da
Azərbaycana marağı getdikcə artırır.
Dünyada cərəyan edən son hadisələr fonunda Azərbaycanın da üzərində
yerləşdiyi Orta Dəhlizin əhəmiyyəti artmaqdadır. Dövlətimizin başçısının uzaqgörən
siyasətinin nəticəsi olaraq Azərbaycanda müasir nəqliyyat-logistika infrastrukturu
yaradılıb və ölkəmiz beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiya olunub.
Azərbaycan reallaşdırdığı nəhəng infrastruktur layihələri ilə Avropa ilə Asiya
arasında vazkeçilməz nəqliyyat qovşağına və tranzit mərkəzə çevrilməkdədir.
Mədəni sahədə qarşılıqlı əlaqələrin möhkəm təməli mövcuddur. Xalqlarımız
əsrlər boyu dostluq, həmrəylik şəraitində yaşayıb, dostluq ediblər. Təsadüfi deyil ki,
Azərbaycanda tacik mədəniyyətini, Tacikistanda Azərbaycan mədəniyyətini çox
yüksək qiymətləndirirlər. Tacikistanda dahi Azərbaycan şairi, doğma Gəncədə
doğulmuş, yaşamış və orada dünyasını dəyişmiş Nizami Gəncəvini sevirlər və ona
ehtiram bəsləyirlər. Bu mədəni bünövrə bu gün bütün istiqamətlər üzrə fəal qarşılıqlı
əlaqələr üçün zəmin yaradır. Tacikistandan olan 50-yə yaxın kursant bu gün
Azərbaycanın Müdafiə Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin tədris
müəssisələrində təhsil alır.
Əminik ki, Azərbaycan Prezidentinin Tacikistana səfərinin nəticələri ölkələrimiz
arasında qardaşlıq münasibətlərinin gələcəkdə də möhkəmləndirilməsində mühüm
rol oynayacaq.
Mirağa Həsənov
Cəlilabad rayonunun Göytəpə şəhər sakini, Sahibkar
-
AHİK Ulu Öndər Heydər Əliyevin doğum günü 5450 aztəminatlı ailəyə sovqat göndərib
...
-
EImi-Tədqiqat Kardiologiya İnstitutu tərəfindən Ağalı və CocuqMərcanlıda əhali üçün kardioloji müayinələr təşkil edilib - FOTOLAR
...
-
Sabahın havası açıqlandı
...
-
Bolqarıstanla əlaqələr uğurlu və faydalıdır
...
-
Azərbaycanın potensialı kifayət qədər genişdir
...
-
Strateji tərəfdaşlıq və əməkdaşlığımız formalaşır
...
-
Əməkdaşlığın müsbət dinamikası
...
-
Səmərəli siyasi dialoq
...
-
Strateji tərəfdaşlıq münasibətləri genişlənir
...
-
Səttar Möhbalıyev: “Azərbaycan-Bolqarıstan əməkdaşlığında bütün sahələr üzrə göstəricilər yüksəlir”
...