ASAPES və MGİMO ikili diplom magistr proqramı tələbələri ilə görüş keçirilib
Sentyabrın 18-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ASAPES) və Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu (Universiteti) (MGİMO) arasında ikili diplom proqram çərçivəsində kadr hazırlığı rus dilində aparılan “İdman menecmenti” magistr proqramına yeni qəbul olunmuş tələbələrlə görüş keçirilib.
Görüşdə Akademiyanın prorektoru Təhminə Tağı-zadə və Rusiya Beynəlxalq Olimpiya Universitetinin elmi işlər üzrə prorektoru, Lomonosov adına Moskva Dövlət Universitetinin Hüquq fakültəsinin İnzibati hüquq kafedrasının müdiri, hüquq üzrə elmlər doktoru, dosent Nikolay Peşin, Biznes və Beynəlxalq səriştələr məktəbinin direktoru, MGİMO tərəfindən əməkdaşlığın əlaqələndiricisi Anjelika Mirzoyeva çıxış edərək ikili diplom proqramı haqqında ətraflı məlumat verib, yeni tədris ilinə başlayan tələbələrə uğurlar arzulayıblar.
Tədbirin sonunda tələbələrə ASAPES və MGİMO-nun tələbə biletləri təqdim edilib.
-
Aprelin 9-da imtahan verəcək şagirdlərin nəzərinə!
...
-
Müəllimlər maaş artımını yaxın günlərdə alacaq - Rəsmi
...
-
Talış kəndində ilk dərs keçirilib - Fotolar
...
-
ASAPES və MGİMO-nun ikili diplom proqramının Moskva mərhələsi davam edir - FOTOLAR
...
-
Məktəblərdə bayram tətili bu tarixdən başlayır
...
-
Emin Əmrullayev BŞTİ-də struktur dəyişikliyi etdi
...
-
AHİK Təhsilin İnkişafı Fonduna 10 000 manat ianə edib
...
-
“2-3 ilə müəllimlərin orta maaşı 1000 manatdan çox olacaq”
...
-
Müəllimlərin maaşı artırıldı - Sərəncam
...
-
Məktəblərdə yeni şagird davranış qaydalarının tətbiqinə başlanıldı
...