İki ölkə arasında elm və təhsil sahəsində münasibətlər də mühüm yer tutur

09:59 19-09-2023 | icon 573
İki ölkə arasında elm və təhsil sahəsində münasibətlər də mühüm yer tutur

Son illər dünyada baş verən prossslər ölkələrdən birgə əməkdaşlıq,birlikdə hərəkət etməyi və ümumi səylər göstərməyi tələb edir. Bu gün Azərbaycanın xarici siyasətində biz bunun şahidi oluruq. Artıq bir neçə ildir ki, Azərbaycanın türk dövlətləri, o cümlədən Mərkəzi Asiya ölkələri ilə münasibətlərində böyük canlanma müşahidə olunur. Prezident İlham Əliyevin son 1-2 il ərzində türkdilli ölkələrə, o cümlədən Mərkəzi Asiya ölkələrinə ardıcıl səəfərləri və həmin dövlətlərin başçılarının Azərbaycana səfərləri Türk dünyasının üzvləri ilə əlaqələrimizin genişlənməsini, dərinləşməsini və strateji xarakter almasını şərtləndirir.

Səfərlər zamanı imzalanan müqavilələr, sazişlər ölkələrmiz arasında  münasibətlətin  gələcək konturlarını müəyyənləşdirir. Bu iki ölkə arasındakı münasibətlərdə əsas rola malik olan məsələlərdən biri də şüphəsiz ki, elm və təhsil sahəsi ilə bağlıdır.

Hər iki ölkəyə də nəzər yetirsək görərik ki, həm Azərbaycanda, həm də Tacikistanda  elm və təhsil yolunda bir çox önəmli qərarlar qəbul edilir, təhsilin inkişafı üçün bir sıra addımla atılır. Bu və ya bu kimi məsələlərdə hər iki dövlət arasında olan elm və təhsil münasibətləri özünəməxsus əhəmiyyətə malikdir. Elm və təhsil sahəsindəki mnassibətlər zamanı atılan addım və verilən qəraralardan bir neçəsinə ötəri nəzər yetirək:

Bu yaxınlarda Azərbaycanın Tacikistandakı səfiri Abbasəli Həsənov bu ölkənin təhsil və elm naziri Nuriddin Saidov ilə görüşmüşdür. Səfir ölkələrimiz arasında əməkdaşlığın inkişafında təhsilin ən vacib istiqamətlərdən biri olmasından geniş söhbət açmışdır. O, XIV əsrdə yaşamış tacik mütəfəkkiri Kamal Xucəndinin Gəncəyə və Təbrizə gedərək elmlə məşğul olduğunu diqqətə çatdırmış, bu ənənənin davam etdirilməsinin əhəmiyyətini vurğulamışdır. Diplomat, həmçinin hər iki ölkənin əlyazmalar institutlarının arxivlərindən qarşılıqlı istifadənin mümkünlüyünü, ayrı-ayrı əlyazmaların
surətlərinin mübadiləsini, azərbaycanlı və tacik alimlərinin birgə tədqiqat aparmalarını məqsədəuyğun hesab etmişdir. Nuriddin Saidov bildirmişdir ki, 2012-ci ilin iyul ayında Tacikistan Prezidenti Emoməli Rəhmonun Azərbaycana rəsmi səfəri zamanı nümayəndə heyətinin tərkibində iştirak etmiş və ölkələrimiz arasında təhsil sahəsində saziş imzalanmışdır. Nazir Azərbaycanda təhsilin neft-qaz, geologiya, kibernetika, tibb və digər sahələrində inkişaf etdiyini bildirmiş, bu sahədə tələbə və müəllim mübadiləsinin vacibliyindən danışmışdır.

Qeyd etmişdir ki, Tacikistanın bir çox alimləri vaxtilə Azərbaycanda ali təhsil almış, dissertasiya müdafiə etmişlər. Tərəflər iki ölkə arasında elm və təhsil sahəsində əməkdaşlığın ayrıca iş planının tərtib və təsdiq olunmasını və ondan sonra müvafiq sahələrdə əməli işlərin həyata keçirilməsini məqsədəuyğun hesab etmişlər. Eyni zamanda  Azərbaycanın Tacikistandakı səfiri Həsən Məmmədzadənin bu ölkənin Milli Universitetinin rektoru Mahmadyusuf İmomzoda ilə görüşündə təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

Rektor Tacikistan Milli Universitetinin 1947-ci ildə təsis olunduğunu, bu təhsil ocağında 17 fakültə və 86 kafedranın fəaliyyət göstərdiyini bildirib. O, Azərbaycanın təhsil sahəsində böyük təcrübəyə malik olduğunu söyləyib, gələcəkdə Bakı Dövlət Universiteti ilə Tacikistan Milli Universiteti arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin önəmini qeyd edib.

Səfir Azərbaycanın Tacikistana dost münasibət bəslədiyini bildirib. O, Azərbaycan Respublikası Prezidentinin “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na əsasən azərbaycanlı tələbələrin digər ölkələrdə təhsil proqramının formalaşdırıldığını və bu çərçivədə yüzlərlə azərbaycanlı gəncin xariciölkələrdə təhsil aldığını diqqətə çatdırıb. Səfir ölkəmizdə müxtəlif Beynəlxalq Gənclər forumlarının keçirildiyini deyib və gələcəkdə bu tədbirlərdə tacik tələbələrin iştirakını istisna etməyib.

Bu və ya bu kimi saya biləcəyimiz daha bir çox nümunələr,elm və təhsil sahəsində qarşılıqlı əlaqələri hər iki dövlətin öz əlaqələrini genişləndirməsində əvəzsiz rol oynamışdır. Bu danılmaz bir faktdır ki,təhsil bizim gələcəyimizdir.Və düşünürəm ki bu istiqamətdə atılan addımlar hər zaman dövlətin  xarici və daxili münasibətlərində aparıcı mövqedə dayanacaqdır.

Samir Talıbov
Saatlı Tarix-Diyarşünaslıq muzeyinin əməkdaşı


Digər xəbərlər

0.25408816337585