“Samsung”dan “Anti-Tangle” turbini – təmizlikdən həzz al!

10:05 06-04-2017 | icon 7682
“Samsung”dan “Anti-Tangle” turbini – təmizlikdən həzz al!

Yeni “Anti-Tangle turbinli və “Cyclone ForceTM sistemli Samsung VC3100”-ü tozsoran quruluşunda çevriliş adlandırmaq olar. 

Sistemin yaradıcısı Donq Cin Ço iddia edir ki, əks hava axını sayəsində tük və saç topaları turbin barmaqcıqlarında tıxanaraq, tozsoranın sovurma gücünü aşağı salmayacaq.  

Yeni “Anti-Tangle” sisteminin ölçüsünün bir neçə santimetr olmasına baxmayaraq, o, təmizliyin keyfiyyətini və sürətini artırır. 

Tozsoranın özü olduqca yığcamdır, amma 2 litr tutumlu, həcmli zibil konteyneri ilə təchiz olunub.

Samsung VC3100”-ün toz torbası, konteyner formasındadır və təmizlənməsi çox asandır. Təmizlik bitdikdən sonra toz torbasını tullantılara əl ilə toxunmadan zibil qabına boşaltmaq olar. Bu da öz növbəsində həm gigiyenikdir, həm də allergiyaya səbəb olmur.  

Yeni tozsoranlarda rahat istifadə üçün erqonomik və əldən sürüşmənin qarşısını alan “Easy Grip” tutacağı nəzərdə tutulub. 

Xüsusi forması sayəsində “Easy Grip” təmizlik prosesini yüngülləşdirir, əliniz isə yorulmur. Tutacağın korpusunda idarəetmə düymələri də yerləşdirilmişdir. Tozsoranı rahatlıqla söndürüb yandıra bilər, həmçinin təmizliyi dayandırmadan optimal sovurma gücünü seçə bilərsiniz. Tozsoran həm də çox “çevikdir”, enli təkərlər sayəsində tozsoranın yerini cəld və təhlükəsiz dəyişmək olar. 

Qeyd etmək lazımdır ki, dəyişilə və yuyula bilən filtrlər sayəsində Samsung VC3100 tozsoranlarında sovrulmuş hava çıxışında tozdan effektiv şəkildə təmizlənir. 

Tezliklə bizim həmvətənlilərimiz də “Samsung Anti-Tangle” ilə “Baku Electronics”, “Kontakt Home”, “Maxi.az və “Optimal” mağazalar şəbəkəsində daha yaxından tanış ola biləcəklər. “Samsung VC3100Anti-Tangle” turbini ilə təmizlikdən həzzə alın!

U.A.


Digər xəbərlər

0.25956892967224