Səttar Möhbalıyev: “Prezident İlham Əliyev xalqımıza növbəti qələbəni yaşatdı”

16:15 20-09-2023 | icon 758
Səttar Möhbalıyev: “Prezident İlham Əliyev xalqımıza növbəti qələbəni yaşatdı”

“Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə böyük
qələbələrə imza atan yenilməz Azərbaycan Ordusu daha böyük bir missiyanı -
ölkəmizin Qarabağ iqtisadi rayonunda keçirdiyi antiterror tədbirlərini uğurla başa
çatdıraraq separatçıları təslim olmağa məcbur etdi. Bu, bir daha Ordumuzun
gücünü, qüdrətini göstərdi. Sübut etdi ki, Azərbaycanın əsgər və zabitləri istənilən
tapşırığı qələbə ilə yekunlaşdırmağa qadirdir. Bu, bütövlükdə Azərbaycan xalqının
qələbəsidir. Xalqımız həmişəki kimi, bir oldu, bütöv oldu, dəmir yumruğa dönərək
Prezidentinin ətrafında birləşdi və göstərdi ki, güc birlikdədir”.
Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar
Möhbalıyev deyib.
Onun sözlərinə görə, qısa müddətdə - cəmi bir sutkadan da az vaxtda qələbə
qazanmağı, qarşı tərəfi təslim olmağa məcbur etməyi yalnız Azərbaycan Ordusu
bacara bilərdi və etdi də: “Ordumuz bir daha peşəkarlığını və yüksək döyüş
hazırlığını ortaya qoymuş oldu. Heç bir mülki şəxsə ziyan vurmadı, dinc sakinləri
hədəfə almadı, mülki obyektlərə atəş açmadı. Tapşırığı səliqəli və nümunəvi
şəkildə həyata keçirərək yalnız legitim hərbi hədəfləri zərərsiz hala gətirdi. Mina
terroru nəticəsində həlak olanların qisasını misli ilə aldı”.
“Azərbaycanı antiterror tədbirləri görməyə qarşı tərəf məcbur etdi. Məğlub və
fərari ordusunun qalıqlarını Azərbaycan ərazilərindən çıxarmadı, qanunsuz silahlı
birləşmələr tərksilah edilmədi, mütəmadi olaraq ölkəmizin daxili işlərinə qarışdılar,
müxtəlif silahlı təxribatlara əl atdılar, mina terrorunu davam etdirdilər, separatizmə
hərtərəfli dəstək göstərdilər və s. Bir sözlə, təkrar olaraq təcavüzkar niyyətlərinin
arxasına düşərək münasibətlərin normalaşmasında maraqlı olmadılar. Təbii ki,

Azərbaycanın səbri tükənməz deyil. Odur ki, ölkəmiz bu yolu seçərək separatçıları
diz çökdürdü”, - Milli Məclisin deputatı bildirib.
“Bu arada mən bir məsələyə də toxunmaq istərdim. Bir sıra dövlətlər Silahlı
Qüvvələrimizin Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirlərini tənqid
edən bəyanatlar səsləndirdilər. Təbii ki, belə boş və mənasız bəyanatlar
Azərbaycanı nə yolundan döndərər, nə də məqsədindən daşındırar. Dövlətimizin
başçısı cənab İlham Əliyevin sözləri ilə desək, bizimlə heç kim təzyiq dili ilə
danışa bilməz. Azərbaycan heç bir dövlətin daxili işinə qarışmır. Kənar dövlətlərin
də bizim daxili məsələlərimizə qarışmağa haqqı yoxdur”, - AHİK sədri əlavə edib.


Digər xəbərlər

0.3068220615387