Gərginliyin artmasına səbəb bəllidir

21:37 20-09-2023 | icon 612
Gərginliyin artmasına səbəb bəllidir

10 noyabr 2020-ci ildə imzalanmış Üçtərəfli bəyanatın müddəalarının təmin
olunması dövrün prioritet məsələsidir. Erməni təxribatları hamının yaxşı yadındadır.
Son dövrdə döyüş mövqelərinin şəxsi heyət, zirehli texnika, artilleriya qurğuları və
digər atəş vasitələri ilə gücləndirilməsi, bölmələrin yüksək döyüşə hazırolma
səviyyəsinə gətirilməsi, səfərbərlik üzrə əlavə bölmələrin yaradılması, Azərbaycan
Ordusunun bölmələrinə qarşı kəşfiyyat fəaliyyətlərinin genişləndirilməsi,
mövqelərimizin dərinliyinə sızaraq minalardan təmizlənmiş ərazilərin və mülki
təyinatlı yolların terror-təxribat məqsədilə yenidən minalanması kimi əməllər
müşahidə olunurdu.
Son bir neçə ayda Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı
qüvvələrinin birləşmələri tərəfindən Azərbaycan Ordusunun mövqelərinin müxtəlif
çaplı silahlardan sistemli şəkildə atəşə tutulması, ərazilərimizin minalanmasının
davam etdirilməsi, döyüş mövqelərinin mühəndis qurgularının təkmilləşdirilməsi,
eləcə də səngər və sığınacaqların sayının artırılması gərginliyin artmasına səbəb
olub.
Sentyabrın 19-da Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ
bölgəsindəki birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-
Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minanın
partlaması nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus
nəqliyyat vasitəsi sıradan çıxmış və mülki şəxslər həlak olmuşdur. Həmin gün Daxili
İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularını daşıyan nəqliyyat vasitəsinin
də Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən
quraşdırılmış minaya düşməsi nəticəsində hərbi qulluqçularımız həlak olmuş və
yaralanmışdır..
Bütün bunlar dözülməzlik həddinə çatdı və necə deyərlər, bıçaq sümüyə
dayanmışdı. Genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı
qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların
hərbi infrastrukturunun zərərsizləşdirilməsi, habelə bərpa-quruculuq işlərinə cəlb
olunmuş mülki işçilərin və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması,
həmçinin Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi
məqsədilə bölgədə lokal antiterror tədbirlərinə başlanılıb.
Azərbaycan çox səbir etdi. Bu səbrin bir hüdudu da olmalıdır. Azərbaycan
qədər heç bir dövlət bu təxribatlara bu qədər səbir və dözüm nümayiş
etdirməzdi.Təəssüf ki, bir sıra Qərb dövlətləri və beynəlxalq təşkilatlar Ermənistana
dur demək əvəzinə daha çox Azərbaycan təzyiq etməyə çalışdılar. Ermənistan
Azərbaycan üçün başqa seçim qoymadı.
Lokal antiterror tədirlərini bəyənirik və dəstəkləyirik. Bu tədbirlər çoxdan
keçirilməli idi. Hazırda Azərbaycan ölkəmizə qarşı davamlı təxribatlar törədən hərbi
obyektləri məhv edir. Ermənistanın iddia etdiyi kimi heç bir mülki obyekt hədəfə
alınmayıb. Ermənistandan fərqli olaraq biz bunu heç zaman etməmişik.
Azərbaycanın xalqı insanlığın keşiyində duracaq, qoymayacaq ki, düşmən bir daha
başını qaldırsın.

Cahangir Muradov Cəlilabad şəhər sakini
Əməkdar mədəniyyət işçisi


Digər xəbərlər

0.19365000724792