Azərbaycanın zəmanəti məlumdur

21:39 20-09-2023 | icon 1518
Azərbaycanın zəmanəti məlumdur

Ermənistan liderləri, separat iddialarla çıxış edən xəyanətkarlar sülhə dair
dəqiq fikrə gələ bilmədilər. İrəvan Azərbaycanı zorakı addımlar atmağa sövq etmək
üçün əlindən gələni edirdi. İrəvan sülh sazişinin imzalanacağını bəyan etdi,
Azərbaycan da bu il sazişin imzalanacağına ümid edirdi. Lakin təəssüf ki, bir çox
oyunçular – bununla maraqlı deyillər.
Ancaq müxtəlif təzyiq və təhdidlərə rəğmən Azərbaycan öz haqq savaşında
zəfər çalıb. Vətən müharibəsi nəticəsində Ermənistanın işğalçılıq siyasətinə son
qoyulub. Milli həmrəyliyin, peşəkar rəhbərliyin, effektiv hərbi strategiyanın və
Ordumuzun gücü düşməni kapitulyasiya aktına imza atmağa məcbur etmişdir.
Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı
bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi olub.
Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, bütün təhdidlərin qarşısı
bundan sonra da alınacaqdır. Çünki ölkəmizin artan gücü, o cümlədən hərbi gücü
müstəqilliyimizin, haqqın və ədalətin təminatçısıdır, onun qarantıdır. Bu məqamda bir
məsələni xüsusilə vurğulamaq istəyirəm ki, biz həmişə olduğu kimi, keçirilən
antiterror tədbirlərində də ədalətli mübarizə aparırıq.
Belə ki, tədirlərin gedişində mülkü şəxslərin qorunması vacib şərtdir.
Azərbaycanın Müdafiə Nazirliyi yaşayış yerlərinin yaxınlığında atəş vasitələrinin
Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən yerləşdirilməsini nəzərə alaraq
ərazidə olan mülki əhalini hərbi obyektlərdən kənar durmağa və Ermənistan silahlı
qüvvələrinin birləşmələrinə dəstək olmamağa çağırmışdır. Bu barədə mobil SMS
xidməti vasitəsilə Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinə məlumat
göndərilib. Eyni zamanda səsgücləndirici texniki vasitələrlə əhali xəbərdar edilir və
məlumat vərəqələri paylanılır.
Azərbaycan Respublikasının qanunlarına və beynəlxalq humanitar hüquq
normalarına uyğun olaraq  təhlükəsizliyinə zəmanət verilən inzibati, sosial, təhsil,
tibbi, dini və digər obyektlərin mühafizə və müdafiəsi təşkil olunacaq. Qadınlar,
uşaqlar, qocalar, habelə fiziki məhdudiyyətli şəxslər və xəstələrə lazımi tibbi və digər
yardımlar göstəriləcək, onlar içməli su və ərzaqla təmin olunacaq. Əhalinin təhlükəli
ərazidən təxliyəsini təmin etmək üçün Laçın yolu üzərində və digər istiqamətlərdə
humanitar dəhliz və qəbul məntəqələri yaradılıb.
Azərbaycan reinteqrasiya məsələlərini müzakirə etmək üçün bir neçə dəfə
ölkəmizin Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələrini dialoqa
dəvət edib. Lakin onlar hər dəfə bundan imtina ediblər. Ölkəmiz Qarabağ bölgəsində
yaşayan erməni sakinlərin nümayəndələri ilə Yevlaxda görüşə hazır olduğunu
bildirmişdir. Lakin antiterror tədbirlərinin dayandırılması üçün qanunsuz erməni silahlı
dəstələri ağ bayraq qaldırmalı, bütün silahlar təhvil verilməli, qanunsuz rejim özünü
buraxmalıdır. Əks təqdirdə, antiterror tədbirləri sona qədər davam etdiriləcək.
Əliyusif Aslanov
Cəlilabad tibb kollecinin direktoru


Digər xəbərlər

0.25868201255798