Milli birliyimiz və həmrəyliyimiz sarsılmazdır

21:40 20-09-2023 | icon 762
Milli birliyimiz və həmrəyliyimiz sarsılmazdır

“Qarabağ Azərbaycandır və nida işarəsi”-söyləyən Prezident, Ali Baş
Komandan İlham Əliyev hər zaman olduğu kimi bu dəfə də xalqın istəyinə əməl etdi.
Biz Azərbaycan vətəndaşları antiterror tədbirlərini son dərəcə vacib, həyati məsələ
hesab etmişik və bu gün də cənab İlham Əliyevin rəhbərliyi ilə sübuta yetiririk ki, bir
qarış torpağımızı belə heç kəsə verən deyilik!
Qarabağ Azərbaycandır! 44 günlük qəhrəmanlıq savaşımız kimi antiterror
tədbirlərimiz də şanlı qürur mənbəyimiz olaraq qalacaq. Vətən müharibəsində olduğu
kimi, bu dəfə də bütün vətəndaşlarımız, ölkədə fəaliyyət göstərən siyasi partiyalar
Prezident, Müzəffər Ali Baş Komandan, İlham Əliyevi dəstəklədiyini bəyan etmişlər.
Ölkədə fəaliyyət göstərən 23 siyasi partiya tərəfindən birgə Bəyanat qəbul olunub.
Azərbaycanın siyasi partiyaları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin
ölkəmizin ərazi bütövlüyünün və əhalinin təhlükəsizliyinin təmin olunması, erməni
silahlı birləşmələrinin təxribatlarının qarşısının alınması, işğaldan azad edilən
torpaqlarımızda məskunlaşan minlərlə soydaşımızın təhlükəsizliyinin təmin olunması
üçün həyata keçirdiyi siyasəti və verdiyi hərbi əmri dəstəklədiyini, onun ətrafında sıx
birləşdiyini bəyan etmişlər. Prezident İlham Əliyevin haqlı və ədalətli mövqeyini
dəstəkləyən Bəyantda qeyd olunur ki, Azərbaycan dövlətinin Ermənistana doğru
uzanmış sülh əli hər dəfə geri qaytarılmış və bunun qarşılığında Ermənistanın, onun
dünyadakı məkrli havadarlarının Azərbaycana qarşı qarayaxma kampaniyası baş
qaldırmışdır. Azərbaycan dövlətinin dəfələrlə üçtərəfli Bəyanatın müddəalarının
təmin olunması, təxirəsalınmadan sülh müqaviləsinin imzalanması müraciətləri
Ermənistan tərəfindən müxtəlif bəhanələrlə rədd edilmişdir. Odur ki, antiterror
tədbirlərin görülməsi qaçılmaz oldu.
Təəssüf ki, hakimiyyətin siyasi dialoqla bağlı bütün jestlərinə rəğmən öz xain
mövqe və məkrli niyyətlərinə sadiq qalmış “trio” - Vətənsevər siyasi qüvvələrin
Bəyanatına imza vurmaqdan imtina etmiş Azərbaycan Xalq Cəbhəsi Partiyası,
Müsavat Partiyası və Real Partiyası bir daha öz xain xislətini nümayiş etdirdilər.
Qərbi Azərbaycan İcması hər zaman olduğu kimi öz fəal mövqeyini nümayiş
etdirdi və beynəlxalq ictimaiyyəti ədalətə çağırdı. Rəsmi İrəvanı hərbi təxribatlara
görə öz Bəyanatında qınayan İcma Azərbaycan tərəfinin beynəlxalq hüququn norma
və prinsipləri əsasında atdığı ardıcıl addımlar Ermənistana sülhü və əməkdaşlığı
seçmək imkanı yaratdığını bildirmişdir.
Bu, xalq-iqidar-ordu birliyinin, xalqın, ordunun öz Liderinə inamının
qələbəsidir. Çünki Ali Baş Komandanın apardığı siyasət düzgün siyasətdir, ölkə
Prezidentimizin uğurlu siyasəti haqq işidir. Ali Baş Komandanın əmrini icra edən
Azərbaycan Ordusu və rəhbərin ətrafında birləşmiş xalq öz dəmir yumruğunu,
birliyini və gücünü nümayiş etdirə bilir.

Rahib Kərimov
Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru


Digər xəbərlər

0.24055099487305