Şanlı ordumuz qələbələrimizi təmin etməyə hər zaman qadırdir

21:41 20-09-2023 | icon 1551
Şanlı ordumuz qələbələrimizi təmin etməyə hər zaman qadırdir

Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan
Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
altında öz şərəfli missiyasını uğurla davam etdirir. Son günlər lokal antiterror
tədbirləri haqqında gələn xəbərlər bunu bir daha təsdiq edir.
Aparılan uğurlu siyasət nəticəsində Azərbaycan Ordusu dünyanın ən güclü
orduları sırasındadır. Ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq
keçirilmiş təlimlər, ordumuzun döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin
yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın azaldılması – bütün bunlar ordu
quruculuğu sahəsində məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsidir.
Azərbaycan Ordusu döyüş hazırlığına görə MDB məkanında ön sıralarda
gedir. Azərbaycan Ordusu Cənubi Qafqazın ən qüdrətli ordusudur. Ötən illər ərzində
ölkəmizin müdafiə sisteminin möhkəmləndirilməsi, Silahlı Qüvvələrdə aparılan
islahatlar və müşahidə etdiyimiz keyfiyyət dəyişiklikləri Müzəffər Ali Baş Komandan
İlham Əliyevin ordu quruculuğu sahəsində apardığı məqsədyönlü işlərin nəticəsidir.
Peşəkarlıq və döyüş hazırlığını artıran birgə hərbi təlimlər faydalı olmuşdur.
Müxtəlif dövrlərdə Türkiyə ilə birgə keçirilmiş hərbi təlimlər sayəsində Azərbaycan
Ordusunun təcrübəsi və taktik manevr etmə səriştəsi əsaslı şəkildə artmışdır.
Azərbaycan Ordusu istənilən vəzifəni icra etməyə qadirdir. II Qarabağ
müharibəsi zamanı istifadə olunan döyüş taktikası dünya hərb tarixində yenilik hesab
olunur və müvafiq ali hərbi məktəblərin dərsliklərinə salınaraq öyrənilir. Bəzi aparıcı
Qərb mətbu orqanlarında, habelə ABŞ-ın Milli Müharibə Kollecinin (National War
College) və Seton Hall Universitetinin Diplomatiya və Beynəlxalq Münasibətlər
Məktəbinin analitik nəşrlərində Azərbaycan Ordusunun hərbi taktikası öyrənilir. ABŞ
Hərbi Akademiyası və Pentaqonun rəsmiləri Azərbaycan Ordusunun hərbi
əməliyyatlarının öyrənilməsi zərurətini qeyd edirlər.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev dəfələrlə bəyan etmişdir ki,
Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq. Dəfələrlə demişdim ki, nəyin
bahasına olursa-olsun biz öz torpaqlarımızı geri qaytaracağıq. Dəfələrlə demişdim ki,
düşmən öz xoşu ilə torpaqlarımızdan çıxmasa, biz onu torpaqlarımızdan qovacağıq
və belə də oldu. Biz Birinci Qarabağ müharibəsindəki məğlubiyyətlə barışmadıq, güc
topladıq, bütün gücləri səfərbər etdik, ordumuzu gücləndirdik, ölkə iqtisadiyyatını
gücləndirdik, ölkəmizin nüfuzunu qaldırdıq və öz tarixi missiyamızı şərəflə yerinə
yetirdik. Biz, şanlı ordumuzun lokal antiterror tədbirlıərinin də uğurla başa
çatdırılacağına tam inanırıq və qəhrəman oğullarımızla fəxr edirik.
Masalla Əiyev
Qarabağ Qaziləri İctimai Birliyinin Cəlilabad rayon filialının sədri


Digər xəbərlər

0.29515409469604