Bu günlərin şöhrəti unudulmayacaq

21:41 20-09-2023 | icon 558
Bu günlərin şöhrəti unudulmayacaq

Zəfər yoluna çıxdığımız vaxtdan üç il keçir. Xalqımız həmin günü həsrətlə,
səbrlə, köks ötürə - ötürə, işğal altında olan torpaqları gözü yaşlı, qəlbi nisgilli düz 30
il gözləməli oldu. Minlərlə insan torpaq, yurd - yuva dərdini özü ilə əbədi dünyaya
apardı. Doğma evlərindən, torpaqlarından didərgin salınan yüz minlərlə soydaşımız
ağır illərin çətinliklərinə məharətlə sinə gərərək ürəklərində daimi bir vətən, torpaq
sevgisi yaşatdılar. Şəhidlərimizin ruhu rahatlıq tapmadı, əsir şəhər və kəndlərimiz
boynu bükük yollara boylandılar, igid oğlanlarımızın, əyilməz əsgər və zabitlərimizin
hücum edib azğın düşməni məhv edəcəkləri günü gözlədilər.
Həsrətlərə, iztirablara son qoyan 44 günlük müharibə Azərbaycanın hərb
tarixində qızıl səhifədir. Bu müharibənin uğurları, faktiki gedişləri, əsgər və
zabitlərimizin şücaəti, xalqımızın əzmi və birliyi, ilk növbədə Azərbaycan Prezidenti
Ali Baş Komandan cənab İlham Əliyevin uzaq görən siyasəti, qətiyyəti haqqında çox
yazılıb və bundan sonra da müharibə mövzusu, qələbə müjdələri xalqımızın qəlbində
zaman - zaman çağlayacaqdır. Nə qədər çətin, ağrılı olsa da, şəhidlər versək də,
şəhər və kəndlərimiz dağılsa da, iqtisadiyyatımıza külli miqdarda ziyan dəysə də
qələbədən qürur duyuruq, uğurlarımızla, düşməni susdurmağımızla, təcəvüzkarları
alçaltmağımızla fəxr edirik. İkinci Qarabağ müharibəsi Azərbaycanın qəhrəmanlıq
tarixidir.
Təəssüf ki, Ermənistandakı qatı millətçi siyasi qüvvələr öz şəxsi mənafeləri
naminə yenə də xalqı aldadır, ondan hakimiyyəti ələ keçirmək üçün bir vasitə kimi
istifadə etməyə çalışırdı. Ermənilərin növbəti təxribatları nəticəsində xalqımız yenə
şəhidlər verdi. Ermənistanı idarə edənlər və onların xaricdəki havadarları, yenə də
başa düşmədilər ki, 2020-ci ilin payızında, 44 günlük şanlı Vətən müharibəsindən
sonra bölgədə yeni reallıqlar yaranıbdır, Azərbaycan Prezidentin və yenilməz
ordumuzun qeyri-adi rəşadəti sayəsində Qarabağda tarixi ədaləti bərpa edibdir. Bu
günlər layiq olduğumuz haqqımız uğrunda savaşımız da haqq işimizdir. Bu gün
qəhrəmanlıq yolumuz davam edir. Qarabağ bölgəsində keçirilən lokal antiterror
tədbirləri bu yolda yeni bir mərhələdir.
Bu hadisə beynəlxalq səviyyədə qəbul edilmiş sənədlərin hərbi yolla icrasının
reallaşdırılmasının göstəricisidir. Azərbaycan Respublikası beynəlxalq səviyyədə
qəbul olunmuş qərarların sülh və danışıqlar yolu ilə icrasının təmin olunması üçün
səy göstərib, bütün danışıqlarda təşəbbüskar, həm də tərəfkeş kimi iştirak edib.
Bütün bunlara baxmayaraq, Ermənistan tərəfi və separatçı qüvvələr dəfələrlə
atəşkəsi pozaraq təxribatlar törədiblər. Nəhayət ki, bu günlardə cavablarını da alıblar.
Bu günlərdə Prezidentimizlə, ordumuzla, xalqımızla, bizə dəstək verən dost ölkələrlə
öyünməyə, fəxr etməyə haqqımız vardır.
Bu günlərin şöhrəti və qəhrəmanlığı heç vaxt unudulmayacaq. Gələcək nəsil öz
ata-babalarının fədakarlığı ilə öyünə bilərlər.

Ofeliya Qəhrəmanova
Cəlilabad rayon Heydər Əliyev Mərkəzin direktoru


Digər xəbərlər

0.26637387275696