“Azeri Light”ın qiyməti 101 dollara düşdü

15:41 21-09-2023 | icon 697
“Azeri Light”ın qiyməti 101 dollara düşdü

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti cüzi ucuzlaşıb.

Azərbaycan neftinin 1 bareli üzrə qiyməti ötən günlə müqayisədə 1.05 dollar və ya 1.03% azalaraq 101.20 ABŞ dolları təşkil edib.

 
 

Qeyd edək ki, ötən gün neftimiz 102,25 ABŞ dollarına ticarət edilib.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dollar qeydə alınıb.


Digər xəbərlər

0.22603511810303