Səttar Möhbalıyev: “Qarabağın erməniəsilli sakinləri yeni reallığı özləri üçün şans bilməlidirlər”

17:22 21-09-2023 | icon 501
Səttar Möhbalıyev: “Qarabağın erməniəsilli sakinləri yeni reallığı özləri üçün şans bilməlidirlər”

“Bölgəni gərginlikdən xilas etmək, işğalın acı nəticələrini aradan qaldırmaq,
münasibətləri normallaşdırmaq, sülh müqaviləsinin imzalanmasına nail olmaq
üçün Azərbaycan səylə çalışır. Vətən müharibəsi başa çatandan dərhal sonra qalib
ölkə olan Azərbaycan sülh təkliflərini irəli sürdü. Amma bundan müxtəlif
bəhanələrlə yayınan yenə də təcavüzkar ölkə oldu. Məğlubedilməz hesab etdiyi
işğalçı ordusu məhv edildiyi üçün bu dəfə havadarlarının köməyinə ümid edirdi.
Düşünürdü ki, vaxtı uzatmaq, “dostlarının” Azərbaycana telefon zəngləri ilə, bəlkə
də, nəyəsə nail ola bilər. Hətta hərbi təxribatlara belə gedir, qaçmaqla canını güclə
qurtarmış fərari əsgərlərini Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan
Azərbaycan ərazisindən çıxarmırdı, müxtəlif formalarda separatçılara dəstək
göstərirdi. Baxmayaraq ki, kapitulyasiya aktında bununla bağlı öhdəliklər
götürmüşdü. Açıq görünürdü ki, “Dəmir yumruq” işə düşməsə, qarşı tərəf bunları
edən deyil. Odur ki, Azərbaycan öz ərazisində - Qarabağda lokal xarakterli
antiterror tədbirlərinə başladı və qısa vaxt ərzində başından çox-çox böyük danışan
düşmənin dizini yerə qoydu”.
Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar
Möhbalıyev deyib.
Onun sözlərinə görə, antiterror tədbirləri Ermənistana böyük dərs olmalıdır:
“Anlamalıdırlar ki, sülhə gəlməkdən başqa yolları qalmayıb, heç bir çirkin
niyyətlərinə nail ola bilməyəcəklər. Həm də başa düşməlidirlər ki, yuvarlandıqları
ağır iqtisadi-siyasi böhrandan yeganə çıxış yolu qalib ölkə ilə - Azərbaycanla sülhə
gəlməkdir. Əks təqdirdə üzləşdikləri böhranın daha dərin qatlarına enəcəklər. Ötən
gecə dövlətimizin başçısı cənab İlham Əliyev xalqa müraciətində bildirdi ki,
Qarabağda yaşayan erməni əhalisi də rahat nəfəs ala bilər. Bununla bağlı qeyd edim ki, separatçı rejim uzun illər idi yerli erməniləri istismar edir, girovluqda saxlayır, bir sözlə, dünyadan təcrid etmişdi. Azərbaycanın antiterror tədbirləri
nəticəsində onların xoşbəxt gələcəyi üçün qarşılarında yeni imkanlar açılıb. Bunun
üçün onlar separatçıların düşmənçilik aşılayan təbliğatını unutmalı, Azərbaycan
vətəndaşlığını qəbul etməli, qanunlarımıza tabe olmalıdırlar. Bilməlidirlər ki,
yaşadıqları yer Azərbaycan ərazisidir. Əgər bunları kimsə qəbul etməyəcəksə,
Azərbaycan tərəfi onlar üçün başqa seçim yeri də qoyub: yol açıqdır”.
“Prezident İlham Əliyev müraciətində bildirdi ki, Azərbaycanın niyyəti sülh,
qarşılıqlı anlaşma, qarşılıqlı hörmət əsasında birgə həyat qurmaqdır. Reallıq
ortadadır: əsrlər boyu Azərbaycan tolerantlıq məkanı kimi dünyaya səs salıb. Ayrı-
ayrı xalqların nümayəndələri, başqa dinlərə mənsub olanlar ölkəmizdə mehriban
bir ailə kimi xoşbəxt yaşayırlar. Azərbaycanda qarşılıqlı hörmət və etimada
əsaslanan nümunəvi birgəyaşayış mühiti mövcuddur və etnik-mədəni müxtəliflik
qorunub saxlanılır. Odur ki, Azərbaycan ərazisində xoşbəxt və firavan yaşamaq
üçün erməniəsilli sakinlər üçün heç bir problem yoxdur”, - Milli Məclisin deputatı
əlavə edib.


Digər xəbərlər

0.2611780166626