Tahir Gözəl: “Bu qələbə böyük zəfərə kiçik bir töhfəmiz oldu”

00:50 22-09-2023 | icon 512
Tahir Gözəl: “Bu qələbə böyük zəfərə kiçik bir töhfəmiz oldu”

“İlk növbədə şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbr diləyirəm. Oyuna gəldikdə isə, bu gün çox gözəl çıxış etdik”.

Bu sözləri “Qarabağ”ın prezidenti Tahir Gözəl UEFA Avropa Liqanın qrup mərhələsinin ilk turunda Bakıda “Mölde”ni 1:0 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib.

Klub rəhbəri qeyd edib ki, bu qələbə sayəsində Azərbaycanda bayram bayrama qarışıb: “Avropanın bir çox klubları Bakıdan məyus qayıdırlar. Bu, möhtəşəm bir zəfərdi. Bayram üzərinə bayram yaşandı. Matçdan öncə Qurban hoca ilə danışmışdıq. Çox istəyirdik ki, zəfər ruhumuz oyunumuza təsir etsin. Düzdür, futbolda nəticəni əvvəldən bilmək olmur”.

T.Gözəl qələbəyə görə çox qürurlu olduğunu vurğulayıb: “Taktiki cəhətdən komanda bu gün çox hazırlıq idi. Başda Qurban hoca olmaqla hər kəsi təbrik edirəm. Bu qələbə qazandığımız böyük zəfərə kiçik bir töhfəmiz oldu. Buna görə çox qürurluyam”.

O, “Mölde”nin qapıçısının çıxışını xüsusi qeyd edib: “Rəqib qapıçını təbrik edirəm. “Qarabağ”ın gözü onda olmalıdı (gülür). Bu gün möhtəşəm oynadı, inanılmaz toplar qaytardı”.

T.Gözəl bildirib ki, hesab arasındakı fərq daha böyük olmalı idi: “Bu gün 3 xal qazandıq. Əsas budur. Lakin ən azı 3:0 hesabı ilə qalib gəıməli idik”.

Klub rəhbəri UEFA Avropa Liqasında daha irəli getmək istədiklərini söyləyib: “Hazırda ikinci yerdəyik. Qrupu belə də bitirsək, yaxşı olar. “Bayer Leverkuzen” Bundesliqanın liderlərindəndi. Amma biz də hazırda yaxşı formadayıq. Bacardığımız qədər irəli gedəcəyik. “Qarabağ” avrokuboklarda hər il daha yaxşı formada olur”.

O, “Qalatasaray”la müqayisədə “Qarabağ”ın “Mölde” üzərində daha rahat qələbə qazanması fikrinə belə münasibət bildirib: “Qalatasaray” qardaş klubdu. Amma etiraf edək ki, Bakıda keçirdiyimiz xeyriyyə matçında meydanda tam mübarizə getmədi. Onlarla avrokuboklarda oynamaq arzumdur. İnanıram ki, biz “Qalatasaray”a qarşı da layiqli mübarizə aparacaq gücdəyik”.

Tahir Gözəl “Şahruddin Məhəmmədliyevin gedişindən sonra oyuna daha rahat baxdınızmı?” sualını belə cavablandırıb: “Bu gün Lunyovdan razı qaldım. Şikayətim yoxdu. Ümumiyyətlə, bugünkü “Qarabağ”dan məmnunam. Az risk etmək yaxşıdı. Şahruddin də özəl insandı. Onun öz dəsti xətti var idi”.


Digər xəbərlər

0.27400517463684