Azərbaycanın zəmanəti

09:32 22-09-2023 | icon 546
Azərbaycanın zəmanəti

Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri rəşkil edildi. Tədbirlər çərçivəsində yalnız legitim hərbi obyektlər və hərbi infrastruktur dəqiq silahlarla hədəfə alınır və sıradan çıxarılır. Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyindən məlumat mütamadi olaraq verilirdi.

Yaşayış yerlərinin yaxınlığında atəş vasitələrinin Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən yerləşdirilməsini nəzərə alaraq ərazidə olan mülki əhalini hərbi obyektlərdən kənar durmağa və Ermənistan silahlı qüvvələrinin birləşmələrinə dəstək olmamağa çağırışlar olunurdu. Bu barədə mobil SMS xidməti vasitəsilə Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinə məlumatlar daim göndəriliirdi. Eyni zamanda səsgücləndirici texniki vasitələrlə əhali xəbərdar olunurvə məlumat vərəqələri paylanılırdı.

Azərbaycan Respublikasının qanunlarına və beynəlxalq humanitar hüquq normalarına uyğun olaraq  təhlükəsizliyinə zəmanət verilən inzibati, sosial, təhsil, tibbi, dini və digər obyektlərin mühafizə və müdafiəsi təşkil olundu.
Qadınlar, uşaqlar, qocalar, habelə fiziki məhdudiyyətli şəxslər və xəstələrə lazımi tibbi və digər yardımlar göstərildi, onlar içməli su və ərzaqla təmin olundu.
Əhalinin təhlükəli ərazidən təxliyəsini təmin etmək üçün Laçın yolu üzərində və digər istiqamətlərdə humanitar dəhliz və qəbul məntəqələri yaradıldı.

 

Hüseyn Eynullayev

Saatlı Heydər Əliyev Mərkəzinin əməkdaşı


Digər xəbərlər

0.24251198768616